ELAN
Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin təşkilatçılığı ilə aşağıdakı mövzuda seminar keçiriləcəkdir:
“Aşağı enerjili neytrino və antineytrinoların detektə edilməsi”
Məruzəçi: Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Allahverdi oğlu Hüseynovdur.
Seminar 21 aprel 2022-ci il tarixində saat 11:00-da ZOOM platforması üzərindən ingilis dilində həyata keçiriləcəkdir.
Seminara qoşulmaq istəyənlər öz iştirakını şəxsi e-mailləri ilə təsdiq etdikdə onlara qoşulmaq üçün link göndəriləcək.