ELAN
FD2.25 Dissertasiya Şurasının nəzdindəki elmi seminarda 13.09.2022-ci il tarixində saat 13:00-da Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun doktotantı Nəsirov Həbib Mirqalib oğlunun 3337.01– “İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) ” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yeraltı boru kəmərlərinin çəkilişində və istismarında geoekoloji ölçmə metodlarının işlənilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.
Müzakirə ənənəvi qaydada 203-cü auditoriyada aparılacaqdır.