ELAN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
M Ə L U M A T M Ə K T U B U
Hörmətli həmkarlar!
Sizi 17-18 noyabr 2022-ci il tarixlərində Sumqayıt Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş “Universitet elminin və təhsilinin müasir problemləri” mövzusunda Respublika elmi konfransında iştirak etməyə dəvət edirik.
Konfransın keçirilməsində əsas məqsəd respublikanın ali məktəblərində fəaliyyət göstərən alimləri, pedaqoqları bir araya toplamaq, onların diqqətini müasir universitet elminin və təhsilinin aktual məsələlərinə yönəltmək, problemlərin hərtərəfli təhlili və onların mümkün həlli yollarının geniş müzakirəsinə, ətraflı fikir mübadiləsinin aparılmasına şərait yaratmaqdan ibarətdir.
Konfransın işi plenar iclas və bölmələr üzrə təşkil olunacaqdır. Bölmələr (sayı və adları) məqalələr toplandıqdan sonra Təşkilat komitəsi tərəfindən müəyyən ediləcəkdir.
Konfransa tədqiqat xarakterli orijinal, əvvəllər heç bir yerdə nəşr olunmamış tezis və məqalələr təqdim olunmalıdır.
Konfransın işçi dilləri: azərbaycan, türk, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü
|
– A4
|
Boş sahə
|
– hər tərəfdən 2 sm
|
Şrift
|
– Times New Roman
|
Şrift ölçüsü
|
– 12 pt
|
Sətirarası interval
|
– 1,15 sm
|
Abzas
|
– 1,25 sm
|
Məqalənin adı
|
– ortadan, böyük hərflərlə, qalın şriftlə
|
Müəllifin adı, soyadı, atasının adı
|
– ortadan, qalın şriflə
|
İş yeri, şəhər, ölkə
|
– ortadan, kursivlə
|
E-poçt ünvanı
|
– ortadan, kursivlə
|
Açar sözlər (5–7 söz)
Xülasə (60–80 söz)
|
– azərbaycan, ingilis və rus dillərində
– məqalənin yazıldığı dildən başqa iki dildə
|
Həcmi
|
– 5 səhifəyə qədər
|
Ədəbiyyata istinadlar
Ədəbiyyat siyahısı
|
– kvadrat mötərizədə
–əlifba sırası ilə
|
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda çap olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az , https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (Beynəlxalq seriya nömrələri İSSN 2708-955X print, İSSN 2709-6033 on-line).
Materiallar 10 oktyabr 2022‑ci il tarixinədək scientificdep@sdu.edu.az elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Sumqayıt Dövlət Universiteti (Elmi hissə, otaq 2).
Bir müəllifdən yalnız bir məruzənin tezisi və ya məqaləsi qəbul olunur.
Təşkilat komitəsi tezislərin və məqalələrin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır. Qəbul olunmayan tezislər geri qaytarılmır, izahat verilmir.
Məsul katib – dos. Orucov Samir Kamal oğlu
Əlaqə telefonu: (+994) 18 644 70 41, (+994) 18 642 15 06, əlavə 1-26.
Təşkilat komitəsi