“Ali Təhsil üzrə Qlobal Koreya Təqaüd Proqramı" barədə elan
Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun 2016-2019-cu tədrisi lləri üzrə “Ali Təhsil üzrə Qlobal Koreya Təqaüd Proqramı” (2016 Global Korea Scholarship: Korean Government Scholarship Program for a Graduate Degree) barədə elanını nəzərinizə çatdırırıq:
Ölkə: Koreya Respublikası
Ali təhsil müəssisəsi: Ərizəçi tərəfindən müəyyənləşdirilir (universitetlər haqqında məlumat aşağıda qeyd olunan saytda göstərilir)
Təhsil səviyyəsi: magistratura və doktorantura
Təqaüd haqqında ətraflı məlumat: http//studyinkorea.go.kr →Notice no.86 və ya http://www.studyinkorea.go.kr/en/sub/gks/selectBoardList.do?bbsId=BBSMSTR_000000000714
Sənədlərin təqdimetmək üçün son tarix: 18 mart 2016-ci il
Sənədlər Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edilməlidir.
Təqaüdlər ilə bağlı əlavə məlumatı Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı xanım Lee Hyunjo odanalmaqolar. Elektron poçt ünvanı: priznanie@mofa.go.kr