Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Yerləşdirilmə tarixi : 31 May 2023 15:54
ELAN
Sumqayıt Dövlət Universiteti 2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar
üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir
 
Sıra №-si
İxtisasın şifri
İxtisasın adı
İllik təhsil haqqı məbləği (manatla)
ƏYANI
QIYABI
1.  
050211
Psixologiya
1800
1500
2.  
050214
Tarix
1700
1400
3.  
050405
İqtisadiyyat
1800
1500
4.  
050406
Maliyyə
1900
1600
5.  
050409
Mühasibat
1900
1600
6.  
050511
Riyaziyyat
1500
 
7.  
050607
Elektrik və elektronika mühəndisliyi
1500
1200
8.  
050608
Energetika mühəndisliyi
1500
1200
9.  
050616
İnformasiya texnologiyaları
1500
1200
10.          
050618
Kimya mühəndisliyi
1500
1200
11.          
050620
Kompüter mühəndisliyi
1700
1400
12.          
050631
Neft-qaz mühəndisliyi
1500
1200
13.          
050634
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
1700
1400
14.          
050807
Sosial iş
1800
1500
 
Təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri https://portal.edu.az/ portalı vasitəsi ilə elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Sənədlərin qəbulu 2023-cü il iyun ayının 1-dən avqust ayının 31-dək aparılacaq.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
  • Rektorun adına ərizə
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
  • 3x4 sm ölçüdə fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti.
Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqını gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilərlər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİLİ, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq məlumatları daxil etməklə ödənişi icra etmək olar.
 
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
 
Ünvan: Sumqayıt şəhəri, 16-cı məhəllə, Polad Həşimov küçəsi 23/38a , SDU-nun III tədris korpusu, otaq 216            
 
Tel.: (018) 644 13 29
                                                                              Mobil: (077) 345 63 23  (həmçinin WhatsApp)
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az