ELAN
BAKALAVRİAT SƏVİYYƏSİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Sumqayıt Dövlət Universitetində
abituriyentlərin sənəd qəbulu onlayn formada aparılacaq:
Sumqayıt Dövlət Universitetinə 2023/2024-cü tədris ilində bakalavr səviyyəsinə qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olub video təlimata uyğun olaraq onlayn formada qeydiyyatdan keçə bilərlər.
Onlayn formada qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısı:
1. İş nömrəsi (6 rəqəmli) və FİN kod;
2. Attestat və ya subbakalavr diplomunun surəti;
3. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin) surəti;
4. Tibbi arayış. Ancaq “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasına qəbul olmuş abituryentlər üçün tələb olunur.
Qeydiyyatı təsdiqlənmiş abituriyentlər aşağıda göstərilən sənədləri SDU-ya gələn zaman müvafiq fakültələrə təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin 3 ədəd surəti;
2. Attestatın əsli;
3. Subbakalavr diplomunun əsli;
4. 4 ədəd 3x4 sm ölçülü rəngli fotoşəkil;
5. Tibbi arayış. Ancaq “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasına qəbul olmuş abituriyentlər üçün.
Ödənişli əsaslarla qəbul olan abituriyentlərdən təhsil haqqının ödənilməsi barədə qəbzin surəti. Təhsil haqqı Kapital bank ASC-nin respublika üzrə istənilən filialında Sumqayıt Dövlət Universitetinin bank hesabına abituriyentin adı, soyadı, ata adı və şəxsiyyət vəsiqəsinin seriyası qeyd olunmaqla ödənilir.
Ödəniş etmək üçün detallı izahlar:
Addım 1:
Abituriyent şəxsi kabineti ilə ödəniş edə bilər.
Addım 2:
Abituryient “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər.
Bunun üçün “gpp.az” saytına daxil olmaq , bütün xidmətlərdən TƏHSİL seçmək , sonra isə ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər.
Addım 3:
Ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq
Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir , FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edir.
Addım 4:
Xidmətindən istifadə etdiyi bankın mobil aplikasiyası vasitəsilə ödənişləri həmin aplikasiyanın müvafiq bölməsindən edə bilər.
İmtiyazlı abituriyentlər tərəfindən əlavə olaraq aşağıda qeyd olunan
sənədlərin təqdim edilməsi mütləqdir:
Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları:
Abituriyentin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmş məcburi köçkün vəsiqəsinin surəti.
Şəhid ailəsinin üzvü olan abituriyentlər:
Şəhid ailəsi vəsiqəsinin surəti;
Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş);
Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş arayış.
Qeyd: Şəhid ailəsinin üzvü olan tələbə təhsil haqqının ödənilməsindən
23 yaşınadək azad olunur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayış ( Elektron çıxarış);
Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti ( notarial qaydada təsdiq olunmuş);
Əlillik haqqında vəsiqə ( əgər varsa);
Əlilliyi olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti.
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:
Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti, itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı ( notarial qaydada təsdiq olunmuş);
Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti.
Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II dərəcəli əlil və valideyn himayəsindən məhrum olmuş abituriyentlər:
Valideynin və ya valideynlərin ölum haqqında şəhadətnaməsinin surəti ( notarial qaydada təsdiq olunmuş);
Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayış ( Elektron çıxarışı).
Qeyd: Əyani formada təhsil alan imtiyazlı tələbə 23 yaşınadək təhsil haqqının ödənilməsindən azad olunur.
I və II dərəcəli əlilliyi olan, habelə 18 yaşınadək sağlamlıq imkanları məhdud olan abituriyentlər;
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən arayış ( Elektron çıxarışı).
Qeyd: I və II dərəcəli əlilliyi olan şəxslərin, habelə 18 yaşınadək sağlamlıq imkanları məhdud olan abituryentlərin təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına təhsil müddəti ərzində ödənilir.
Müharibə veteranları – abituriyentlər:
Hərbi biletin surəti;
Zəfər altsistemindən elektron çıxarış;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən arayış.
Onlayn qeydiyyat 2023-cü il sentyabr ayının 4-dən 14-dək davam edəcək.
Sənəd Qəbulu Komissiyası hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərir.
Qeydiyyatdan keçmək istəyən abituriyentlərin nəzərinə:
Universitetdə tədris zamanı xarici dil seçiminin (ingilis və ya rus dili) əvvəldən məlum olması üçün portal.edu.az saytındakı şəxsi kabinetinizdəki sənədlərin sırasında dil seçiminiz əks olunan vərəqin şəklinin (jpg formatında) yerləşdirilməsi xahiş olunur. (tələbələrin xarici dillərə görə qruplaşdırılmasının operativliyini təmin etmək üçün vacibdir).
Sumqayıt Dövlət Universitetinə 2023/2024-cü tədris ilində bakalavr səviyyəsinə qəbul olmuş abituriyentlər əlavə məlumat əldə etmək üçün ixisaslarına uyğun fakültə dekanları ilə əlaqə saxlaya bilərlər. Telefon nömrələri cədvəldə verilir:
İxtisasın adı
|
Fakültənin adı
|
Fakültənin telefon nömrəsi
|
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
|
Filologiya
|
65-5-27-78
|
Filologiya (dil və ədəbiyyat göstərilməklə)
|
||
İbtidai sinif müəllimliyi
|
||
Məktəbəqədər təhsil
|
||
Psixologiya
|
||
Xarici dil müəllimliyi (dillər üzrə)
|
||
Təhsildə sosial-psixoloji xidmət
|
||
Korreksiyaedici təlim
|
||
Elektrik və elektronika mühəndisliyi
|
Fizika və elektroenergetika
|
64-4-89-11
|
Energetika mühəndisliyi
|
||
Fizika müəllimliyi
|
||
Fizika
|
||
Mühəndis fizikası
|
||
Mühasibat
|
İqtisadiyyat və idarəetmə
|
64-4-85-31
|
İqtisadiyyat
|
||
Biznesin idarə edilməsi
|
||
Maliyyə
|
||
Menecment
|
||
Beynəlxalq ticarət və logistika
|
||
Marketinq
|
||
Turizm işinin təşkili
|
||
Neft-qaz mühəndisliyi
|
Kimya və biologiya
|
64-4-70-89
|
Kimya və biologiya müəllimliyi
|
||
Kimya mühəndisliyi
|
||
Kimya
|
||
Biologiya
|
||
Ekologiya
|
||
Ekologiya mühəndisliyi
|
||
Biologiya müəllimliyi
|
||
Kimya müəllimliyi
|
||
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
|
||
Kompüter mühəndisliyi
|
Mühəndislik
|
64-4-89-06
|
İnformasiya texnologiyaları
|
||
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
|
||
Mexanika mühəndisliyi
|
||
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
|
||
Mexatronika və robototexnika mühəndisliyi
|
||
Riyaziyyat və informatika müəllimliyi
|
Riyaziyyat
|
64-4-85-32
|
Riyaziyyat müəllimliyi
|
||
Riyaziyyat
|
||
İnformatika müəllimliyi
|
||
Tarix müəllimliyi
|
Tarix və coğrafiya
|
64-4-85-34
|
Tarix və coğrafiya müəllimliyi
|
||
Tarix
|
||
Politologiya
|
||
Sosial iş
|
||
Sosiologiya
|
Sənəd qəbulu komissiyası.