2016/2017-ci tədris ilində magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı üçün təqdim edəcəkləri sənədlərin siyahısı
1. Şəxsiyyət vəsiqəsinin əsli və 2 ədəd surəti;
2. Bakalavr diplomu və diploma əlavənin əsli və 2 ədəd surəti;
3. Cari ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
4. 4 ədəd 3x4 sm ölçülü fotoşəkil;
5. Tibbi arayış;
6. Ödənişli tələbələr üçün təhsil haqqının tam ödənildiyini göstərən bank qəbzi (Ödəniş üçün hesab-faktura universitetin mühasibatlığından götürülməlidir).
Sənədlər Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının (Sumqayıt şəhəri, Bakı küçəsi-1) 141 saylı auditoriyasında qəbul edilir.