Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Yerləşdirilmə tarixi : 07 Dekabr 2023 15:00
ELAN
                                                                   “İlin tələbəsi” müsabiqəsi
 
“İlin tələbəsi” müsabiqəsi tələbələr arasında sağlam rəqabət yaratmaq, onların elmə, təhsilə marağını artırmaq və fərqlənən tələbələrin fəaliyyətini qiymətləndirilməsi məqsədilə keçirilir.
İştirak qaydaları:
Mükafatlar 4 nominasiya üzrədir:
1. “Təhsil”
2. “Elm və innovasiya”
3. “Fəal tələbə”
4. “İdman”
Müsabiqədə yalnız SDU-da təhsil alan bakalavriat pilləsi üzrə tələbələr iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər yalnız bir kateqoriya üzrə müraciət edə bilərlər.
Qaliblərin müəyyən edilməsi Ekspert qrupu tərəfindən həyata keçirilir.
Müsabiqədə iştirak etmək üçün təsdiqedici materiallar dekabrın 16-dək  shukur.aliyev@sdu.edu.az elektron poçt ünvanına  göndərilməli və ya SDU THİK-ə (Elmi hissə, otaq №3) təqdim edilməlidir;
İştirakçılar aşağıdakı tələblər üzrə məlumatları təqdim etməlidirlər:
-  Özləri haqda məlumatları (ad, soyad, ata adı, fakültə, qrup, kurs);
-  Müraciət etdiyi nominasiyaya müvafiq məlumatları (2023-cü ilə dair):
1. “Təhsil”
  • tələbələrin akademik göstəriciləri;
  • ixtisas sahəsi ilə əlaqəli sosial layihələr və tədbirlərdə iştirak;
  • beynəlxalq tələbə proqramlarında iştiraka dair sertifikat;
  • praktik səviyyədə inkişaf;
  • təhsil sahəsindəki fəaliyyəti və uğurları ilə bağlı digər məlumatlar.
2. “Elm və innovasiya”
  • dərc olunmuş elmi məqalələr (linkləri verilməklə);
  • startap fəaliyyəti;
  • SDU TEC-in və İnnovasiya Yaradıcılıq Mərkəzinin işində aktiv fəaliyyəti;
  • iştirak etdiyi respublika və beynəlxalq konfranslar, əldə etdiyi sertifikatlar;
  • elm və innovasiya sahəsindəki fəaliyyəti və uğurları ilə bağlı digər məlumatlar.
3. “Fəal tələbə”
  • mədəni – kütləvi tədbirlərində iştirak;
  • universitetin tələbə təşkilatlarındakı aktivliyi;
  • bu sahədə nailiyyətləri;
  • iştirak etdiyi universitetdaxili, respublika və beynəlxalq tədbirlər;
  • ictimai fəaliyyətlə bağlı digər məlumatlar.
4. “İdman”
  • universitetin idman klubunda aktivliyi;
  • universitetdaxili idman tədbirlərində iştirak;
  • iştirak etdiyi yerli və xarici turnirlər;
  • ıdman sahəsində əldə etdiyi uğurlar;
  • idman sahəsindəki fəaliyyəti ilə bağlı digər məlumatlar.
Ekspert qrupu hər nominasiya üzrə 1, 2, 3-cü yerlərə uyğun finalçılar seçəcəkdir.
Finalçılar Sumqayıt Dövlət Universitetinin Fəxri fərmanı və hədiyyələri ilə təltif olunacaqlar.
Qeyd: İştirakçılar elektron poçt vasitəsilə müraciət edərkən mövzu bölməsinə nominasiyanı qeyd etməlidir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az