Sumqayıt Dövlət Universiteti xaricdə fəaliyyət göstərən azərbaycanlıları əməkdaşlığa dəvət edir
SDU-nun elmi-tədqiqat potensialının artırılması, təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi və yenilənməsində müxtəlif tərəflərin iştirakını və yanaşmasını nəzərə almaq məqsədilə universitetdə Akademik Məşvərət Şurası yaradılır. Akademik Məşvərət Şurası universitetin akademik missiyasını dəstəkləmək, elmin inkişafı və tədrisin təkmilləşdirilməsi ilə bağlı müzakirələr təşkil etmək, müvafiq sahələrdə hesabatları dinləmək və tövsiyələr vermək, universitetin strateji inkişafı ilə bağlı yeni layihələr və proqramlar təklif etməklə akademik siyasət və strategiyaların əhatəli formada dəyərləndirilməsinə və tətbiq edilməsinə dəstək olacaq.
Akademik Məşvərət Şurasına üzvlük üçün şərtlər aşağıdakılardır:
• Xaricdə təhsil almış və hazırda nüfuzlu xarici universitetdə fəaliyyət göstərmək;
• Xaricdə elmi-tədqiqat və tədris sahəsi üzrə təcrübəyə malik olmaq;
• Fəlsəfə doktoru elmi dərəcəsinə sahib olmaq.
SDU-da yaradılacaq Akademik Məşvərət Şurasına üzv olmaq istəyənlər təhsil və tədqiqat ilə bağlı təcrübələrini əks etdirən CV-lərini 1 aprel 2024-cü il tarixinədək ismayil.ismayilov@sdu.edu.az elektron poçt ünvana göndərə bilərlər.