ELAN
05 aprel 2024-cü il, saat 12:00 tarixində SDU-da Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Filologiya fakültəsi Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması: problemlər və həlli yolları” adlı seminar baş tutacaq.
Seminarda qonaq qismində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru filologiya elmləri doktoru professor Sevinc Əliyeva və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirova iştirak edəcək.