“Müasir dilçiliyin aktual problemləri” adlı Beynəlxalq elmi konfrans
						
						Beynəlxalq elmi konfrans
«Müasir dilçiliyin aktual problemləri”
(Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr olunur)
Konfransın keçirilmə tarixi: 24-25 noyabr 2016-cı il 
Konfransın keçirilmə yeri: Sumqayıt Dövlət Universiteti 
Konfransa aşağıda göstərilən bölmələr üzrə məruzələr qəbul olunur:
- Ədəbi dil və dil normaları qloballaşma şəraitində: vəziyyət və perspektivlər.
 - Türkologiya.
 - Kütləvi informasiya vasitələrinin dili.
 - Konstruktiv dilçilik: dillərin linqvodidaktik təsviri.
 - Üslubiyyət və semantika.
 - Tərcüməşünaslıq: nəzəriyyə və təcrübə.
 - Multikulturalizm və dil.
 
*İştirak forması: əyani, qiyabi.
Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:
- Tezislər А 4 formatda yığılmalı, 1-2 səhifə arasında, Timеs New Roman – şrift 12, interval – 1. Hər tərəfdən – 20 mm saxlanılmaqla.
 - Tezisin adı baş hərflərlə yığılır.
 - Müəllifin soyadı, adı, atasının adı və iş ünvanı qeyd olunur.
 
Tezislər 10.11.2016-cı il tarixinədək qəbul olunur.
Konfransın işçi dili – Azərbaycan, Rus, İngilis.
Tezislər aşağıdakı ünvanda qəbul olunur: ezemet.rustem@mail.ru
Məsul katib: dos. A.M.Rustəmov
Əlaqə telefonları: +994 18655366;  +994 557226057