Sumqayıt Dövlət Universiteti 2024/2025-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.
Təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri https://portal.edu.az/ portalı vasitəsi ilə elektron qaydada təqdim edir. Sənədlər müvafiq tələblərə cavab verdikləri halda namizədlər müsahibəyə dəvət olunur.
Müsahibədən keçən namizədlər təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Sənədlərin qəbulu 2024-cü il may ayının 29-dan başlanır.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
- Rektorun adına ərizə
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
- 3x4 sm ölçüdə fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.
Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqını gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilərlər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİLİ, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq məlumatları daxil etməklə ödənişi icra etmək olar.
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə, SDU-nun əsas korpusu, Tədris Metodiki Mərkəz
Tel.: (018) 644 01 08
Mobil: (050) 253 05 05 (həmçinin WhatsApp)