Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Yerləşdirilmə tarixi : 07 İyul 2024 21:38
ELAN

Sumqayıt Dövlət Universiteti ştatda olan vəzifələri tutmaq üçün müsabiqə elan edir
Vəzifələr haqqında məlumat
Vakansiyanın adı:​
Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri
İnformasiya texnologiyaları kafedrasının müdiri
Müəssisə: Sumqayıt Dövlət Universiteti
Ştat: 2
Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə
Müqavilənin növü: Müddətli
Əmək haqqı​: Müsahibə əsasında
İş rejimi: Əmək cədvəlinə uyğun
İş stajı: 5 il (elmi-pedaqoji təcrübəyə malik)
Sığorta: Tibbi
Təhsil​: Kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəsi olan, Azərbaycan Respublikası vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları müraciət edə bilər.
Dil biliyi: B1 (intermediate) səviyyədə ingilis dili​​
Tələblər:
Kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına malik olmalı;
Liderlik və Rəhbərlik Bacarıqları: (Strateji düşüncə: Uzunmüddətli məqsədləri və strategiyaları müəyyənləşdirmək və həyata keçirmək bacarığı; Komanda rəhbərliyi: Kafedranın akademik heyətinə və inzibati personalına rəhbərlik etmək, motivasiya və istiqamət vermək.)
Əlaqə və Ünsiyyət Bacarıqları: (Yazılı və şifahi ünsiyyət: Məqalə yazmaq, hesabatlar hazırlamaq və ictimaiyyətlə əlaqə saxlamaq üçün güclü yazılı və şifahi ünsiyyət bacarığı; Dinləmə: Effektiv dinləmə bacarığı ilə komanda üzvlərinin fikirlərini və təkliflərini nəzərə almaq.)
Problemlərin Həlli və Qərar Qəbul Etmə: (Analitik düşüncə: Problemləri analiz etmək və həll yolları təklif etmək bacarığı; Qərar qəbul etmə: Məlumatlara əsaslanaraq sürətli və təsirli qərarlar qəbul etmək.)
Əməkdaşlıq və Komanda İşləməsi: (Komanda işi: Müxtəlif akademik və inzibati heyətlə effektiv əməkdaşlıq etmək. İnterpersonal bacarıqlar: Müxtəlif insanlar və mədəniyyətlərlə işləmək bacarığı.)
Təşkilatçılıq və Vaxt İdarəetməsi: (Təşkilatçılıq bacarığı: Müxtəlif layihə və fəaliyyətləri təşkil etmək və idarə etmək; Vaxt idarəetməsi: Vaxtını səmərəli idarə etmək və prioritetləri müəyyənləşdirmək bacarığı.)
Tədris və Təlim Bacarıqları: (Tədris metodları: Müxtəlif tədris metodlarını tətbiq etmək və tələbələrə effektiv şəkildə dərs vermək bacarığı; Mentorluq: Gənc akademiklərə və tələbələrə mentorluq və dəstək vermək.)

Rəqəmsal bacarıqlar: (“Microsoft Office” və ya “Google Workspace”: “Word”, “Excel”, “PowerPoint”, “Google Docs”, “Google Sheets” və “Google Slides” kimi ofis proqramlarını səmərəli şəkildə istifadə etmək bacarığı; E-poçt proqramları: “Outlook”, “Gmail” və s. e-poçt platformalarında məktubların effektiv idarə olunması, qovluqların təşkili və yazışmaların izlənilməsi; “Moodle”, “Blackboard” və s.: Tədris və təlim proseslərinin idarə olunması üçün LMS platformalarından istifadə etmək; “Zoom”, “Microsoft Teams”, “Google Meet": Distant tədris və iclasların keçirilməsi üçün onlayn platformalardan istifadə bacarığı; Tədris materialları: Tədris materiallarını rəqəmsal formatda hazırlamaq və paylaşmaq bacarığı.)

Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:
- Namizədin ərizəsi;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı;
- Kafedranın inkişafı ilə bağlı platforması.
Sənədlərinizi təqdim etmək üçün ünvan:
Sumqayıt şəhər, 43-cü məhəllə, əsas bina, otaq 233

Son müraciət tarixi:
04.08.2024 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az