Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Vakansiyalar
Yerləşdirilmə tarixi : 02 Avqust 2024 16:14
Vakansiyalar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
ştatda boş olan vəzifələri tutmaq üçün
MÜSABİQƏ ELAN EDİR

 

Kafedralar üzrə dosent  
Fizika kafedrası  - 1 yer
Biologiya kafedrası - 2 yer
Biznesin təşkili və menecment kafedrası -1 yer
Diferensial tənliklər və optimallaşdırma kafedrası - 1 yer
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrası - 1 yer
Kimya mühəndisliyi və ekologiya kafedrası -1 yer
 Kafedralar üzrə baş müəllim
Riyaziyyat və onun tədrisi metodikası kafedrası -1 yer
Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrası -1 yer
İnformasiya texnologiyaları kafedrası -1 yer
Energetika kafedrası  -1 yer
Avtomatika və mexanika kafedrası  -1 yer
İqtisadiyyat kafedrası  -1 yer
Pedaqogika və psixologiya kafedrası - 1 yer
Azərbaycan  və Şərqi Avropa xalqları tarixi kafedrası - 1 yer
 Kafedralar üzrə müəllim
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrası - 1 yer
Tarix, coğrafiya və metodika kafedrası -1 yer
Fəlsəfə, sosiologiya və politologiya kafedrası - 1 yer
 Kafedralar üzrə assistent
Riyaziyyat və onun tədrisi metodikası kafedrası - 1 yer
Fizika kafedrası - 1 yer
 Dosent vəzifəsini tutmaq üçün müsabiqədə professorlar, dosentlər, elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər.
Baş müəllim  vəzifəsini  tutmaq üçün müsabiqədə ən azı 3 illik elmi-pedaqoji stajı olan fəlsəfə doktorları və ya ən azı 5 illik elmi-pedaqoji stajı olan, dərc olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali-təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müəllim və assistent vəzifələrini tutmaq üçün müsabiqədə elmi-pedaqoji və ya ixtisası üzrə ən azı bir il iş stajı olan fəlsəfə doktorları, eləcə də ən azı 3 il elmi-pedaqoji iş stajı olan dərc olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müsabiqədə iştirak edən bütün mütəxəssislər aşağıdakı tələblərə cavab verməlidir.
Dil biliyi: B1 (intermediate) səviyyədə ingilis dili
Əlaqə və Ünsiyyət bacarıqları: (Məqalə yazmaq, hesabatlar hazırlamaq və ictimaiyyətlə əlaqə saxlamaq üçün güclü yazılı və şifahi ünsiyyət  bacarığı; Effektiv dinləmə bacarığı ilə komanda üzvlərinin fikirlərini və təkliflərini nəzərə almaq.)
Əməkdaşlıq və Komanda İşləməsi: (Müxtəlif akademik və inzibati heyətlə effektiv əməkdaşlıq etmək. Müxtəlif insanlar və mədəniyyətlərlə işləmək bacarığı)
Tədris və təlim bacarıqları: (Müxtəlif tədris metodlarını tətbiq etmək və tələbələrə effektiv şəkildə dərs vermək bacarığı; Gənc akademiklərə və tələbələrə mentorluq və dəstək vermək.)
Rəqəmsal bacarıqlar: (“Microsoft Office” və ya “Google Workspace”; “Word”, “Excel”, “PowerPoint”, “Google Docs”, “Google Sheets” və “Google Slides” kimi ofis proqramlarını səmərəli şəkildə istifadə etmək bacarığı; E-poçt proqramları: “Outlook, “Gmail” və s. e-poçt platformalarında məktubların effektiv idarə olunması, qovluqların təşkili və yazışmaların izlənilməsi; “Moodle”, “Blackboard” və s.; Tədris və təlim proseslərinin idarə olunması üçün LMS platformalarından istifadə etmək; “Zoom”, “Microsoft Teams”, “Google Meet”; Distant tədris və iclasların keçirilməsi üçün onlayn platformalardan istifadə bacarığı; Tədris materiallarını rəqəmsal formatda hazırlamaq və paylaşmaq bacarığı.)
Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:
-               Namizədin ərizəsi;
-               Kadrlar uçotunun şəxsi vərəqəsi;
-               Tərcümeyi-hal;
-               Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
-               Elmi və tədris-metodiki işlərin siyahısı
 Qeyd: Sənədlər,  elan dərc olunan gündən bir ay (30 gün) müddətində təqdim oluna bilər.
Müsabiqədə   iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına             
yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər
 
Tələblərə uyğun namizədlər “CV” ilə hr@sdu.edu.az e-poçt ünvanına müraciət edə bilərlər. E-mailin mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməlidir.
AZ5008 Sumqayıt, 43-cü məhəllə, Bakı küçəsi 1., SDU otaq 110

(018) 644-89-12, daxili nömrə: 115
Son müraciət tarixi: 31.08.2024

  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az