ELAN 06.11
06 dekabr 2024-cü il saat 12:00-da Sumqayıt Dövlət Universiteti nəzdində FD 2.24 Dissertasiya Şurasında iddiaçı – Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının sabiq doktorantı Nazlıxanım Rauf qızı Teyyubovanın 5706.01 – Azərbaycan dili ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan dilində şərtilik funksional-semantik sahə kimi” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Müdafiə SDU-nun əsas tədris korpusunda 203 saylı auditoriyada keçiriləcəkdir
Tədbirə qoşulmaq üçün keçid linki