Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Elan 22.04
Yerləşdirilmə tarixi : 23 Aprel 2025 10:30
Elan 22.04

 AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ


M Ə L U M A T M Ə K T U B U


Hörmətli həmkarlar!

Sizi 22-23 may 2025-ci il tarixlərində Sumqayıt Dövlət Universiteti, Malatya Turqut Özal Universiteti və Oş Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində keçiriləcək “Türkdilli dövlətlərin iqtisadi resurslarından səmərəli istifadənin aktual problemləri” mövzusunda I Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.

Konfransda enerji təhlükəsizliyi və enerji dəhlizlərinin idarə edilməsində Türkdilli dövlətlərin əməkdaşlığı, təbii sərvətlərdən istifadənin dayanıqlı inkişaf strategiyaları, yaşıl iqtisadiyyatın strateji davamlılıq çərçivəsinə inteqrasiyası, Türkdilli dövlətlər arasında xarici ticarət dövriyyəsinin artırılması, birgə maraq kəsb edən istiqamətlər üzrə fəaliyyətin genişləndirilməsi və s. ilə bağlı geniş fikir mübadiləsi nəzərdə tutulur.

Konfransın bölmələri:

1. Enerji təhlükəsizliyi və logistik dəhlizlər vasitəsilə türkdilli dövlətlərin əməkdaşlığı
2. Türkdilli dövlətlərin təbii sərvətlərindən istifadənin dayanıqlı inkişaf strategiyaları
3. Yaşıl iqtisadiyyatın strateji dayanıqlığa inteqrasiyası
Konfransın işçi dilləri: azərbaycan, ingilis, türk, rus, qırğız
Konfransın formatı: əyani və ya onlayn - əlavə olaraq məlumat veriləcəkdir.
 
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü                                                              – A4
Boş sahə                                                                       – hər tərəfdən 2 sm
Şrift                                                                                – Times New Roman
Şrift ölçüsü                                                                     – 12 pt
Düstur                                                                             – Microsoft Equation
Sətirarası interval                                                            – 1,15 sm
Abzas                                                                              – 1,25 sm
Məqalənin adı                                                                 – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı                                    – ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə                                                            – ortadan, kursivlə
E-poçt ünvanı                                                                   – ortadan, kursivlə
Açar sözlər (5–7 söz)                                                       – Azərbaycan, ingilis,  türk, rus və qırğız dillərində
Xülasə (60–80 söz)                                                           – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi                                                                                – 5 səhifəyə qədər
 
Ədəbiyyata istinadlar:
Ədəbiyyat siyahısı – kvadrat mötərizədə – əlifba sırası ilə Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda dərc olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line). Materiallar 01 may 2025-ci il tarixinədək economy.conference@sdu.edu.az elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), İqtisadiyyat və idarəetmə fakültəsi, Biznesin idarə edilməsi kafedrası (otaq 411).

Təşkilat komitəsi tezislərin və məqalələrin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.

Məsul katib:
dos. Qalib Hüseynov
Əlaqə telefonları: (+994018) 64215 06 (1-09), (+99450) 752 22 91

Təşkilat komitəs

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az