ELAN
Hörmətli həmkarlar!
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamını əsas tutaraq 15 aprel 2026-cı il tarixində Sumqayıt Dövlət Universitetində “Azərbaycanın qədim və müasir yaşayış məntəqələrinin şəhərsalma və memarlıq ənənələrinin tarixi, iqtisadi səmərəliyi və elmi-texniki əsasları” mövzusunda keçiriləcək Respublika Elmi konfransında Sizi iştirak etməyə dəvət edirik.
Konfransda Respublikamızda qədim və müasir dövrlərdə mövcud olan şəhər və kəndlərinin şəhərsalma və memarlıq ənənələrinin tarixi, iqtisadı səmərəliyi və elmi-texniki əsaslarına uyğun mühüm məsələlər üzərində müzakirələrin aparılması, yeni tədqiqatlar barədə məlumatların və əldə olunan nəticələrin paylaşılması nəzərdə tutulur.