“MEVLANA MÜBADİLƏ PROQRAMI”na sənəd qəbulu başlayıb
Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na 2017/2018-ci tədris ili üçün sənəd qəbulu elan edilib.
“Mevlana Mübadilə Proqramı” SDU-nun professor-müəllim heyəti üçün Türkiyənin müvafiq universitetlərində təcrübə keçmək imkanı təqdim edir. 14-30 gün müddətində həyata keçirilən mübadilə zamanı heyət üzvlərinin Türkiyə universitetlərində tədris prosesində iştirak etməsi, mühazirələr oxuması, müasir tədris metodları ilə tanış olması, elmi konfranslarda iştirak etməsi, geniş kitabxana fondundan yararlanması və birgə elmi tədqiqatlar aparması nəzərdə tutulub.
Mübadilə ilə bağlı xərclər YÖK təqaüdü hesabına ödəniləcək. Proqramda SDU-nun bütün kafedralarının professor və müəllimləri iştirak edə bilərlər.
Tələb olunan sənədlər:
1. Namizəd üçün müraciət forması (Öğretim elemanı bilgi formu)
2. Namizəd haqqında ətraflı məlumat (portfolio və ya özgeçmiş)
3. Niyyət məktubu (türk və ya ingilis dilində)
4. Çap olunan elmi əsərlərin siyahısı (türk və ya ingilis dilində)
5. Xarici pasportun surəti
6. 3×4 şəkil – 2 ədəd
Proqramda iştirak etmək istəyən müəllimlər tələb olunan sənədləri 24 fevral 2017-ci il tarixinə qədər türk və ya ingilis dillərində Beynəlxalq Əməkdaşlıq Şöbəsinə təqdim etməlidirlər.
Proqramla bağlı ətraflı məlumatı www.mevlana.yok.gov.tr ünvanından və Beynəlxalq əməkdaçlıq şöbəsindən əldə etmək mümkündür.
Əlaqə üçün:
E-mail: bsdu@mail.ru Mevlana mübadilə proqrami çərçivəsində SDU-nun əməkdaşliq etdiyi universitetlərin siyahisi
1.ADIYAMAN UNIVERSITETI mevlana@adiyaman.edu.tr
2.ÇANKIRI KARATEKIN UNIVERSITETI mevlana@karatekin.edu.tr
3.NEVŞEHIR HACI BEKTAŞ UNIVERSITESI mevlana@nevsehir.edu.tr
4.NECMETTIN ERBAKAN UNIVERSITETI mevlana@konya.edu.tr
5.SAKARYA UNIVERSITETI mevlana@sakarya.edu.tr
6.ADNAN MENDERES UNIVERSITETI www.adu.edu.tr/mevlana/
7.BÜLENT ECEVIT UNIVERSITETI mevlana@beun.edu.tr
8.İSKENDERUN TEKNIK ÜNIVERSITESI mevlana@iste.edu.tr
Mətbuat xidməti