Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na sənəd qəbulu elan edir.
Proqram çərçivəsində 2017/2018-ci tədris ili üçün tələbə, magistrant və doktorantların mübadiləsi həyata keçiriləcəkdir. Tələbə, magistrant və doktorantlar bir və ya iki semestr ərzində Türkiyənin müvafiq universitetlərində təhsil ala bilərlər.
Mübadilə ilə bağlı bütün xərclər YÖK təqaüdü hesabına ödəniləcəkdir. Proqramda SDU-nun bütün fakultələrində təhsil alan tələbə, magistrant və doktorantlar iştirak edə bilərlər.
Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
I, II, III kursda təhsil alan tələbələr üçün – minimum orta qiymət 75 (100 ballıq qiymətləndirmə sistemində);
•Magistrant və doktorantlar üçün – minimum orta qiymət 80 (100 ballıq qiymətləndirmə sistemində);
•İngilis dilində təhsil almaq istəyənlər üçün sertifikat (IELTS/TOEFL).
Proqramda iştirak etmək istəyənlər tələb olunan sənədləri 24 fevral 2017-cı il tarixinə qədər SDU-nun Beynəlxalq əlməkdaşlıq şöbəsinə təqdim etməlidirlər.
Tələb olunan sənədlər:
1.Təhsil pilləsi üzrə transkript (ÜOMG göstərilməklə)
2.Namizəd üçün müraciət forması (Aday öğrenci başvuru formu)
3.İngilis və ya türk dili biliyini təsdiq edən sənəd, arayış və ya seritifikat
4.CV
5.Xarici pasportun surəti
6.Tələbə bileti
7.3×4 şəkil – 2 ədəd
Proqramla bağlı daha ətraflı məlumatı www.mevlana.yok.gov.tr ünvanından və Beynəlxalq əməkdaşlıq şöbəsindən əldə etmək mümkündür.
MEVLANA MÜBADİLƏ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ SDU İLƏ ƏMƏKDAŞLIQ EDƏN UNİVERSİTETLƏRİN SİYAHISI
1.ADIYAMAN UNIVERSITETI mevlana@adiyaman.edu.tr
2.ÇANKIRI KARATEKIN UNIVERSITETI mevlana@karatekin.edu.tr
3.NEVŞEHIR HACI BEKTAŞ UNIVERSITESI mevlana@nevsehir.edu.tr
4.NECMETTIN ERBAKAN UNIVERSITETI mevlana@konya.edu.tr
5.SAKARYA UNIVERSITETI mevlana@sakarya.edu.tr
6.ADNAN MENDERES UNIVERSITETI www.adu.edu.tr/mevlana/
7.BÜLENT ECEVIT UNIVERSITETI mevlana@beun.edu.tr
8.İSKENDERUN TEKNIK ÜNIVERSITESI mevlana@iste.edu.tr
Mətbuat xidməti