Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tarix və coğrafiya | Tarix, coğrafiya və metodika kafedrası
Tarix, coğrafiya və metodika kafedrası
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 11.07.2024-cü il tarixli (08 saylı protokol) qərarına əsasən fakültələr üzrə aparılan struktur dəyişikliyinə uyğun olaraq, Tarix və onun tədrisi metodikası kafedrası Coğrafiya və onun tədrisi metodikası kafedrası ilə birləşdirilərək Tarix, coğrafiya və metodika kafedrası adlandırılmışdır. Kafedraya dosent Məhərrəmova Sona Səbəddin qızı rəhbərlik edir.
Kafedrada 1 professor, 8 dosent, 4 nəfər fəlsəfə doktoru baş müəllim, 6 nəfər baş müəllim, həmçinin 4 nəfər müəllim, 3 nəfər tədris-köməkçi heyəti fəaliyyət göstərir.
Kafedranın tərkibi aşağıda göstərilən əməkdaşlardan ibarətdir:
1. Məhərrəmova Sona Səbəddin qızı – kafedra müdiri, 0.5 şt. dosent
2. Mərdanov İlham İldırım oğlu- c.e.d., professor
3. Kərimli Samir Səlim oğlu – t.f.d., dosent
4. Həsənov Yusifəli Lətif oğlu – t.f.d., dosent
5. Musayeva Mətanət Ağayar qızı- c.f.d., dosent
6. Məmmədova Samirə İsgəndər qızı- t.f.d., baş müəllim
7. Əliyeva Leyla Elxan qızı – t.f.d., baş müəllim
8. Alməmmədli Məsud Gülalı oğlu -c.f.d., baş müəllim
9. Yusifova Səbinə Nizami qızı- c.f.d., baş müəllim
10. Abdullayev Nofəl Mahmud oğlu- baş müəllim
11. İsmayılov Şamil Muxtar oğlu – baş müəllim
12. Əsədova Aytən Vaqif qızı- baş müəllim
13. Əhmədova Şəhla Müzəffər qızı ‒ baş müəllim
14. Süleymanlı Dilşad Qürbət qızı- baş müəllim
15. Cəlalzadə Bənövşə Mehdi qızı – müəllim
16. Rzayeva Gülnar Şəmşəddin qızı – müəllim
17. Babaşova Əfşan Ağazayid qızı- müəllim
18. Məmmədov Ənvər Fəttah oğlu – 0.5 şt. dosent
19. Şəfiyeva Əfşan Heydər qızı – 0.5 şt. dosent
20. Abdullayeva Zoya Hamlet qızı- p.f.d., 0.5 şt. dosent
21. Əhmədov Nərmin Mirzalı qızı-0.5şt. müəlllim
22. Sadıq Çetin -t.f.d, dosent-dəvətolunmuş müəllim
23. Bədəlov Sarvan Bayram-oğlu – saathesabı baş müəllim
24. Hüseynova Lalə İsmayıl qızı- böyük laborant
25. Muradova Qismət Şahin qızı- böyük laborant
26. Babayeva Kəmalə Şakir qızı- laborant
Kafedrada 30 nəfər magistrant elmi-tədqiqat işi ilə məşğul olur.
Tədris olunan fənlər
Bakalavr pilləsi üzrə fənlər:

1. Amerika tarixi
2. Antik tarix
3. Antropologiya
4. Arxeologiya
5. Arxeologiya və etnoqrafiyanın əsasları
6. Arxivşünaslıq
7. Asiya və Afrika ölkələri tarixi
8. Avropa tarixi
9. Azərbaycanın fiziki coğrafiyası
10. Azərbaycanın iqtisadi coğrafiyası
11. Biocoğrafiya
12. Coğrafiyanın tədqiqat üsulları
13. Coğrafiyanın tədrisi metodikası
14. Coğrafiyanın tədrisinin nəzəri əsasları
15. Dünya landşaftları və ekoloji problemlər
16. Dünya siyasi tarixi
17. Dünyanın iqtisadi və sosial coğrafiyası (Dünya təsərrüfatının coğrafiyası)
18. Ekoloji kartoqrafiya və coğrafi infor. sistemləri
19. Etnoqrafiyanın əsasları
20. Əhali coğrafiyası
21. Fiziki və iqtisadi coğrafi rayonlaşdırma
22. Geologiya
23. Geomorfologiya
24. Hidrologiya
25. İqlimşünaslıq
26. İqtisadi və sosial coğrafiyanın əsasları
27. Kartoqrafiya
28. Qafqaz xalqları tarixi
29. Qafqaz tarixi
30. Qədim dünya tarixi
31. Məsafədən zondl.fiziki əsasları
32. Müasir dünya tarixi
33. Neft-qaz quyularının geofiziki tədqiqatları
34. Orta əsrlər tarixi
35. Osmanlı tarixi
36. Regional fiziki coğrafiya
37. Regional iqtisadi coğrafiya
38. Siyasi coğrafiya
39. Şərq xalqları tarixi
40. Şərq tarixi
41. Tarix təliminin müasir innovativ texnologiyaları
42. Tarixə köməkçi fənlər
43. Tarixin tədrisi metodikası
44. Torpaq coğrafiyası
45. Türk xalqları tarixi
46. Türk xalqları və dövlətlərinin tarixi
47. Türkiyə tarixi
48. Yeni dövr tarixi
Magistratura pilləsi üzrə fənlər:
1. ABŞ-ın xarici siyasətində Yaxın Şərq problemi
2. Avropa ölkələrinin xarici siyasətində Yaxın Şərq problemi
3. Avropa və Amerika ölkələrinin müasir dövründə beynəlxalq münasibətlər
4. Azərbaycan ABŞ-ın xarici siyasətində
5. Azərbaycanda səhralaşma problemləri
6. Azərbaycanın aqroiqlim ehtiyatları
7. Azərbaycanın daxili suları və onlardan istifadə
8. Azərbaycanın rekreasiya imkanları
9. Azərbaycanın təbiəti muhafizə problemləri
10. Azərbaycanın torpaqları və bitki örtüyü
11. Cəmiyyətin ərazi təşkili
12. Coğrafiya elminin müasir problemləri
13. Coğrafiya kabinəsi və meydançası
14. Coğrafiyadan pedaqoji təcrübənin təşkili və keçirilməsi
15. Coğrafiyanın öyrənilməsində ekoloji təhsil və tərbiyə
16. Coğrafiyanın öyrənilməsində sinifdənkənar və müstəqil iş
17. Coğrafiyanın tədrisi metodologiyası və metodikası
18. Xəzər dənizinin ekoloji problemləri və onlarin həlli yollari
19. Xidmət sahələrinin coğrafiyası
20. II Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər
21. İqtisadi coğrafiyanın tədrisində anlayışların formalaşması
22. Məktəb coğrafiya kursunun elmi-nəzəri əsasları
23. Mərkəzi Asiya regionunun türk dövlətləri dünya dövlətlərinin maraqları sistemində (XX əsrin sonu-XXI əsrin əvvəlləri)
24. Müasir beynəlxalq münasibətlərin aktual problemləri
25. Sənaye coğrafiyasının müasir problemləri
26. Sosial-coğrafi xəritələrin tərtibi
27. Tarix elminin müasir problemləri
28. Tarix təlimində elmi dünyagörüşün formalaşması
29. Tarix üzrə sinifdənkənar işlər
30. Tarixi sənədlərlə iş və onların əhəmiyyəti
31. Tarixin tədrisi metodologiyası və metodikası
32. Tarixin tədrisi prosesində əyanilik və onun növləri
33. Tarixin təlimi prosesində müəllim və şagirdlərin fəaliyyəti
34. Tədqiqat üsulları
35. Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində
36. Türk dünyasının tarixi coğrafiyası
37. Türk dünyasının tarixi şəxsiyyətləri
38. Türk xalqlarında dini dünyagörüşün tarixi
39. Türk xalqlarının mədəniyyəti tarixi
Kafedranın elmi istiqaməti:
5502.01 - Ümumi tarix
5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (təhsilin sahələri və səviyyələri üzrə)
5408.01- Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası
5801.01- Coğrafiyanın tədrisi metodikası
Kafedranın son illərdəki əsas elmi nəşrləri:
Kafedranın əməkdaşları tərəfindən son 5 ildə 10 dərs vəsaiti, 7 monoqrafiya, 70 fənn proqramı, 2 metodik vəsait, 700-dən çox məqalə və tezis (onlardan 90-a yaxını xaricdə, o cümlədən SCOPUS və Web of Science kimi nüfuzlu jurnallarda olmaqla) nəşr olunmuşdur. Kafedra əməkdaşları bakalavriat və magistratura səviyyəsinə tədris edilən bütün fənnlərin sillabuslarını hazırlamışdılar.
Kafedra əməkdaşlarının AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutu, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti ilə elmi əlaqələri var.
Beynəlxalq əməkdaşlıq əlaqələrində kafedra əməkdaşlarının Berlin Freien Universitetinin dosenti Matthias Dornfeldt (phd., dosent), Almaniyanın Leybnits İnstitutunun professoru Natalia Qaqarina (Pd., dr.), Türkiyənin Milli Savunma Universitetinin Kara Harp Okulu dekanı professor İbrahim Ethem ATNUR ilə, Türkiyənin Qaziantep Universiteti, Qazaxstanın Əl-Fərabi Qazax Milli Universiteti, Dağıstan Dövlət Universiteti, Türkiyənin Hacettepe Universiteti, Qazi Universiteti, Sakarya Universiteti, Bülent Ecevit Universiteti, İngiltərənin Middlesax Universiteti, Rusiyanın Severo Kafkaz Universiteti, Kuban Dövlət Universiteti, Ufa Universiteti, Macarıstanın Debrecen Universiteti, Belarusiyanın Baranovich Dövlət Universiteti, Litvanın Mikolos Romeris Universiteti, Polşanın Lodz Universiteti, Rezskow Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur.
Təltiflər:
Dosent S.S.Məhərrəmova Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Dosent S.S.Kərimli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 5 oktyabr 2016-cı ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri fərmanla təltif edilib. 05 oktyabr 2021-ci ildə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Baş müəllim N.M.Abdullayev gənc nəslin təlim-tərbiyəsində fəaliyyətinə və universitetin ictimai işlərində yaxından iştirakına görə 5 oktyabr 2014-cü ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə universitet rəhbərliyi tərəfindən Fəxri fərmanla, həmçinin səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 29 iyun 2022-ci il tarixli Sərəncamı ilə Fəxri fərmanla təltif olunmuşdur.
Baş müəllim A.V.Əsədova səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 07 mart 2023-cü ildə 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Baş müəllim Ş.M.Əhmədova səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 07 mart 2019-cu ildə 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Müəllim B.M.Cəlalzadə 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirakına görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2022-ci il tarixli sərəncamı ilə Fəxri fərmanla təltif olunmuşdur.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az