Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İqtisadiyyat və İdarəetmə | Mühasibat və iqtisadiyyat
Mühasibat və iqtisadiyyat

Sumqayıt Dövlət Universitetinin rektorunun 16 sentyabr 2024-cü il tarixli №R-45/1 əmri ilə struktur dəyişikliklərə uyğun olaraq “İqtisadiyyat” kafedrası ləğv edilərək dərs yüklərinin “Maliyyə və mühasibat uçotu” kafedrasına verilməsi nəticəsində, Mühasibat və iqtisadiyyat kafedrası yaradılmışdır. 2002-ci ildə Ümumi iqtisadiyyat kafedrasının bazasında yaradılmış Mühasibat uçotu və audit kafedrasında Mühasibat uçotu və audit ixtisası üsrə bakalavriat, 2003-cü ildən isə magistratura pilləsi üzrə kadr hazırlığına başlanılmışdır. Kafedranın elmi pedoqoji fəaliyyətinə uyğun olaraq Sumqayıt Dövlət Universitetinin rektorunun 30.03.2017-ci il tarixli R-18/1 nömrəli əmri ilə Mühasibat uçotu və audit kafedrasının adı dəyişdirilib Maliyyə və mühasibat uçotu kafedrası adlandırılmışdır. 2017/2018-ci tədris ilindən etibarən Maliyyə və mühasibat uçotu kafedrasında 050403 – Maliyyə ixtisası üzrə bakalavr hazırlığına və 2020/2021-ci tədris ilindən yeni təhsil standartına uyğun olaraq 050409- Mühasibat və 050406- Maliyyə ixtisası üzrə bakalavr hazırlığına başlanışmışdır. Eyni zamanda magistr səviyyəsində 2017/2018-ci tədris ilindən 060402- Mühasibat uçotu və audit ixtisasının İstehsal sferasında mühasibat uçotu və audit ixtisaslaşması və 2023/2024 cü tədris ilindən 060403- Maliyyə ixtisasının Bank işi ixtisaslaşması üzrə kadr hazırlığı aparılmışdır. İqtisadiyyat kafedrası 2011-ci ilin fevralında İqtisadi nəzəriyyə kafedrasının bazasında yaradılmış və kafedrada bakalavriat pilləsində “İqtisadiyyat” və “Turizm işinin təşkili” ixtisasları, magistratura pilləsində İqtisadiyyatın tənzimlənməsi və Turizmin iqtisadiyyatı ixtisaslaşmaları üzrə mütəxəssis hazırlığı aparılmışdır. Hal hazırda Mühasibat və iqtisadiyyat kafedrasında Mühasibat, Maliyyə, İqtisadiyyat, Turizm işinin təşkili ixtisasları üzrə bakalavr hazırlığı və İstehsal sferasında mühasibat uçotu və audit, Bank işi, İqtisadiyyatın tənzimlənməsi, Turizmin iqtisadiyyatı ixtisaslaşmaları üzrə magistr pilləsində mütəxəssis hazırlığı aparılır.
Kafedrada kadr hazırlığının yüksəldilməsi istiqamətində AMEA-nın İqtisadiyyat İnstitutu, ADİU, BDU, ADNA, NDU, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Sankt Peterburq Dövlət İqtisad Universitetinin İqtisadi nəzəriyyə, Mühasibat uçotu və təhlil kafedraları, Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetinin İqtisadiyyat, Mühasibat uçotu kafedraları, Türkiyə Respublikasının İzmir Texnik Universiteti ilə əməkdaşlıq edir. Eyni zamanda kafedra maliyyə və mühasibat təşkilatları olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosiyasiyası, Bakı Hesabat Mərkəzi, İqtisadi Araşdırmalar və Tədqiqatlar mərkəzi, Azərbaycan Mühasiblər və Rİsk Peşəkarları Assosiyasiyası və Azərbaycan Gənc Mühasiblər birliyi ilə əməkdaşlıq edir. Kafedra əməkdaşları Erasmus və Enactus layihəsi üzrə beynəlxalq təlimlərdə və eyni zamanda peşəkar təcrübəyə əsaslanacaq maliyyə-mühasibat istiqaməti üzrə təlimlərdə müntəzəm iştirak edirlər.Tələbələrin ixtisasları üzrə istehsalat təcrübələrin təşkili maliyyə, vergi, bank, sığorta qurumlarında, müəssisələrin maliyyə və mühasibat şöbələrində aparılır.
2002-2008-ci illərdə kafedraya i.e.n., dos. K.X.Abdullayev, 2009-2010-cu illərdə i.e.n. Ş.M.İbrahimov, 2011-2015-ci illərdə A.Y.Yəhyayeva rəhbərlik etmişlər. Hal hazırda Mühasibat və iqtisadiyyat kafedrasına i.e.n., dosent Loğman Abdullayev rəhbərlik edir.
Mühasibat və iqtisadiyyat kafedrasında 7 dosent, 13 baş müəllim (onlardan 5 i.f.d.), 1 assistent, 5 böyük laborant, 1 laborant fəaliyyət göstərir.Kafedra əməkdaşları:
1. Abdullayev Loğman İmran oğlu - kafedra müdiri, dosent
2. Yəhyayeva Aynurə Yusif qızı - dosent
3. Əliyeva Aygün Hüseynəli qızı – dosent
4. Əmiraslanova Dilarə Əmiraslan qızı –dosent
5.Vəliyeva Lalə Müsəllim qızı - dosent
6.Məmmədova Şəfiqə Səfər qızı- 0,5 ştat dosent
7. Hümbətəliyeva Səadət Əsgər qızı - i.f.d.,dosent
8. Qurbanova Röya Vilayət qızı - iqtisad üzrə fəlsəfə doktoru, baş müəllim
9. İsmayılova Lyudmila Famil qızı - iqtisad üzrə fəlsəfə doktoru, baş müəllim
10.Əzizova Kəmalə Vaqif qızı - baş müəllim, i.f.d.
11.Məmmədova Elnarə Şəmsi qızı - baş müəllim, i.f.d.
12.Cəmilzadə Şəhla Vəkil qızı - baş müəllim, i.f.d.
13.Köçərli Hicran Rafiq qızı - baş müəllim
14. Məmmədova Şəlalə Rəhim qızı - baş müəllim
15. Nəcəfova Çiçək Məhəmməd qızı - baş müəllim
16.Əhmədov Məhəmməd Ələddin oğlu - baş müəllim
17.Hüseynzadə Gülşən Qalib qızı - baş müəllim
18. Osmanov İlqar Osman oğlu –baş müəllim
19.Əliyeva Sədaqət Yusup qızı – 0,5 ştat baş müəllim
20.Cəfərova Vəfa Piri qızı-baş müəllim
21. Seyidova Səmirə Rasim qızı - assistent
22. Quliyeva Mətanət Gülbala qızı - böyük laborant
23. Quluzadə Çinarə Əlibəy qız - böyük laborant
24. Bağırova Nuranə Cəmaləddin qızı - böyük laborant
25. Seyfullayeva Türkan Rasim qızı – böyük laborant
26.Qazıyeva Səbinə Tahir qızı - böyük laborant
27. Pənahova Günay Telman qızı – laborant
Kafedrada 1 nəfər doktorant fəlsəfə doktoru proqramı üzrə, 1 nəfər elmlər doktoru proqramı üzrə və 12 magistrant elmi işlə məşğul olur.

Bаkаlаvriat pilləsində tədris olunan fənlər:

1. Mаliyyə uçоtu
2. Idаrəеtmə uçоtu
3.İdarəetmə uçotu və korporativ qərarların verilməsi
4. Statistika
5.Vergitutma
6. Maliyyə hesabatlılığı
7.Audit
8.Maliyyə menecmenti
9.Dövlət maliyyəsi
10.Mаliyyə bаzаrları
11.Sığorta işi
12. Bank işi
13.Maliyə hesabatlarının təhlili
14.Pul və banklar
15.Mühasibatda proqram təminatı
16.Qiymət və qiymətləndirmə
17.Yumşaq bacarıqlar
18.Sərt bacarıqlar
19.Maliyyə risklərinin idarəedilməsi
20.Kooperativ maliyyə
21.İnvestisiyaların idarə edilməsi
22.Mühasibat uçotu
23.Biznes statistikası
24.Nəqliyyatda sığorta
25.Sosial statistika
26. Maliyyə nəzarəti və audit
27.İqtisadiyyata giriş
28.Mikroiqtisadiyyat
29.Makroiqtisadiyyat
30.İqtisadi fikir tarixi
31.İqtisadiyyatın əsasları
32.İqtisadiyyat
33.Sosial sahələrin iqtisadiyyatı
34.Əməyin iqtisadiyyatı
35. Rəqəmsal iqtisadiyyat (sahə iqtisadiyyatı)
36.İnkişaf iqtisadiyyatı
37.Turizmə giriş
38.Turizmin coğrafiyası
39.Biznes riyaziyyatı
40.Ətraf mühitin iqtisadiyyatı
41.Turizm məhsulunun hazırlanması
42.Bronlaşdırma sistemləri
43.Turizmdə vasitəçilər
44.Kəmiyyət əsaslı tədqiqat metodları
45.Keyfiyyət əsaslı tədqiqat metodları
46.Müasir iqtisadi nəzəriyyələr
47.Milli iqtisadiyyat
48.Dövlətin innovasiya - investisiya siyasəti
49.Müasir dünyanın iqtisadi problemləri
50.Aqrar iqtisadiyyat
51.Milli iqtisadi təhlükəsizliyin əsasları
52.İqtisadi və sosial infrastrukturlar
53. Rəqəmsal iqtisadiyyat
54.İqtisadi təhlil nəzəriyyəsi
55.Turizmdə bələdçi işi
56.Turizmdə nəqliyyat
57.Turizm siyasəti və planlaşdırılması
58.Qonaqpərvərlik sahəsinin idarə edilməsi
59.Müalicə-sağlamlıq turizminin təşkili
60.Professional restoran xidməti
61.İdman və məcara turizmi

Magistratura pilləsində tədris olunan fənlər:

1. Maliyyə hesabatlarının beynəlxalq standartları
2. Audit və nəzarət
3. Büdcə sistemi
4. Maliyyə hesabatlarının təhlili
5. Büdcə-vergi münasibətləri
6. Ticarət və ictimai iaşədə mühasibat uçotu
7. Mühasibat uçotunun informasiya texnologiyaları
8. Mühasibat uçotu və auditin müasir problemləri
9. Maliyyə elminin müasir problemləri
10. Korporativ maliyyə
11. Vergi siyasətinin konseptual əsasları
12. Maliyyə statistikası
13. Bank fəaliyyətinin hüquqi əsasları
14. Bank işi və sığorta
15. İqtisad elminin müasir problemləri
16. İqtisad elminin tarixi və metodologiyası
17. Makro və mikroiqtisadiyyat (III səviyyə)
18. Makroiqtisadi tənzimləmə
19. Əməyin iqtisadiyyatı və davamlı insan inkişafı
20. Ekoloji təhlükəsizlik
21. Turizmin inkişaf istiqamətləri
22. Turizm infrastrukturu
23. Milli iqtisadiyyatın inkişafı problemləri
24. Milli iqtisadiyyatın fiskal tənzimlənməsi problemləri
25. İnnovasiya proseslərinin tənzimlənməsi
26. Davamlı iqtisadi inkişafın təmin edilməsinin dövlət mexanizmi
Kafedranın elmi istiqaməti: Mühasibat uçotu və audit, İqtisadiyyat
Kafedranın son illərdəki elmi nəşrləri:Kafedra üzrə 350-dən çox məqalə, o cümlədən 50 məqalə xaricdə çap olunmuşdur. 10 dərs vəsaiti, 2 manaqrafiya, 35 fənn proqramı, 4 metodik vəsaitə qrif alınaraq nəşr edilmişdir.Tədris olunan fənlər üzrə sillabuslar müəllimlər tərəfindən tədris ilinə uyğun olaraq tərtib edilir.
Kafedrada olan ixtisasları bitirmiş məzunlarımız haqqında:
Abdullayev Elvin Azər oğlu – Azərbaycan Əmanətlərinin sığortalanması fondu, baş mütəxəssis.
Qocayev Məhəmməd Nəriman oğlu – Muğanbank ASC, baş mütəxəssis.
Məsimova Günel Nurəddin qızı – SOCAR Azərkimya İB, aparıcı mühasib.
Nuriyev Faiq Əbülfət oğlu – İqtisadiyyat Nazirliyi Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsi, məsləhətçi.


 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az