Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Uğurlu layihə təklifini necə hazırlamaq olar" mövzusunda təlim
Yerləşdirilmə tarixi : 17 Dekabr 2018 17:42
"Uğurlu layihə təklifini necə hazırlamaq olar" mövzusunda təlim
Dekabrın 15-də Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri t.f.d Samirə Məmmədova və şöbənin metodisti Aliyə Xəlilbəyli ADA universitetində keçirilən "Uğurlu layihə təklifini necə hazırlamaq olar" mövzusunda təlimdən öz təcrübələrini universitet əməkdaşları ilə paylaşdılar.
Təlimin məqsədi layihələrin yazılma qaydaları, problemlərin müəyyən edilməsi, təsviri, hədəf qruplarının təyini, planlaşdırma, SWOT-təhlili və büdcə layihələri üçün İKT (informasiya kommunikasiya texnologiyaları) bacarıqlarının tətbiqi, mətnlərin yazılma dili və qrantın idarə olunması sahəsində təlimlər aparıldı.
Təlimin ikinci hissəsində iştrakçılar qruplara bölünərək, bir layihə mövzusu üzərində çalışdılar. Təlim hər qrupun layihəsi üzərində müzakirə, tövsiyə xarakterli olmaqla praktik şəkildə aparıldı.
Təlimdə Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov, Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev, ƏTŞ-nin müdiri Südabə Məmmədova, TEC-nin sədri dosent Lalə Bunyatova, TGT-nin sədri Nicat Hüseynov, Kimya və biologiya, Fizika və elektroenergetika, Tarix və coğrafiya, Filologiya fakültələrinin müəllim heyəti iştrak etdilər.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az