Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən seminar keçirildi
Yerləşdirilmə tarixi : 21 Dekabr 2018 15:33
İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən seminar keçirildi
Dekabrın 21-də Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçirildi.
Tədbirdə SDU-nun rəhbərliyini təmsil edən məsul şəxslər, fakültə dekanları, kafedra müdirləri və IV kurs tələbələri iştirak etdilər.
Qonaqları öncə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov qəbul etdi seminarın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bugünkü seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin sonuncu tədris ilində pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir. Bu görüşün keçirilməsi gələcəkdə məzunların qarşılaşacaqları problemləri asanlıqla həll etmələri üçün vacib bir mərhələdir. Prorektor çıxışının sonunda seminarın keçirilməsinə görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür etdi və iştirakçılara uğurlar arzuladı.
Seminarda İnsan Resursları Mərkəzinin baş mütəxəssisləri: Əli Qocalı, Suqra Quliyeva, Nərmin Quliyeva təqdimatla çıxış edərək ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat verdilər.
Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən bukletlər paylanıldı, təqdimat nümayiş etdirildi və tələbələrin sualları cavablandırıldı.
 
 
Mətbuat xidməti
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az