Linqvistik Mərkəzdə Yeni il bayramı münasibətilə rus dilində açıq dərs keçirildi
Dekabrın 26-da Linqvistik Mərkəzdə Şəfəq Qasımovanın təşkilatçılığı ilə rus dilində Yeni il bayramına həsr olunmuş açıq dərs keçirildi. Açıq dərsdə mərkəzin rəhbəri Alik Abdullayev, əməkdaşlar: Gülnarə Hüseynova, Elnarə Əhmədova, Ülviyyə Həsənova, Aysel Eminova və rus dili qruplarının tələbələri iştirak etdilər.
Dərsin əvvəlində Alik Abdullayev Linqvistik Mərkəzin əməkdaşlarını və tələbələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi, onlara cansağlığı və yaradıcılıq uğurları arzuladı.
Şəfəq Qasımova mərkəzin əməkdaşlarından ibarət münsiflər heyətini, sonra isə tələbələr özlərini rus dilində təqdim etdilər.
Dərs viktorina oyunu ilə başlandı, tələbələr iki komandaya: “Ulduz” və “Yolka” komandalarına bölündü. Onlar növbə ilə elektron lövhədə verilən tapşırıqlara cavab verdilər. Müsabiqənin sonunda münsiflər heyətinin qərarı ilə hər komanda adlarına uyğun rəmzlər: şam ağacı və ulduz fiqurlarını aldı. Novbəti mərhələdə komandalar üç müxtəlif tapşırıq yerinə yetirdi. Münsiflər sonuncu tapşırığın cavablarını yoxladığı müddətdə tələbələr V.Y.Şainskinin “Qoluboy vaqon”mahnısını ifa etdilər. Bundan sonra tələbələrdən Sevinc Ağabalayeva (qrup 318), Leyla Şadlinskaya (qrup 493), Afət Dadaşova (qrup 497), Ziyafət Behbudova (qrup 497), Elnarə Mehdizadə (qrup 317), Aytac Məmmədova(qrup 317), Gültəkin İsgəndərova (qrup 595) rus dilində şeirlər söylədilər.
Sonra münsiflər tərəfindən “Yolka” komandasının qalib oldu. Qalib komandaya və bütün iştirakçılara hədiyyələr təqdim edildi.
Tələbələr “Noviy qod” mahnısını ifa etdilər.
Linqvistik Mərkəz