Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Clarivate Analytics” şirkətinin ekspertinin iştirakı ilə Sumqayıt Dövlət Universitetində beynəlxalq elmi jurnallara məqalələrin təqdim olunmasına dair növbəti təlim keçirildi
Yerləşdirilmə tarixi : 05 Fevral 2019 13:14
“Clarivate Analytics” şirkətinin ekspertinin iştirakı ilə Sumqayıt Dövlət Universitetində beynəlxalq elmi jurnallara məqalələrin təqdim olunmasına dair növbəti təlim keçirildi
Fevralın 4-də “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, nüvə fizikası sahəsində 20 dən çox Web of Science indeksli məqalənin müəllifi İneş Kenjina Azərbaycana səfəri zamanı Sumqayıt Dövlət Universitetində "Beynəlxalq elmi jurnallara məqalələrin təqdim olunması qaydaları" adlı təlim keçirdi.
Tədbiri açan SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjinanı salamladı, onu tədbir iştirakçılarına təqdim etdikdən sonra mövzunun aktuallığını vurğuladı.
Universitetin qonağı İneş Kenjina “Web of Science” platformasında axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin tapılması, bu platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı təlim iştirakçılarını məlumatlandırdı.
“Beynəlxalq jurnal üçün məqaləni necə yazmalı?” sualı altında aşağıdakı istiqamətlər üzrə təqdimat keçirildi:
1. Elmi məqalənin yazılması üçün informasiya axtarışı və jurnalın seçilməsi:
   Web of Science: aktual mövzular, nəşriyyatlar, nəşrlər;
   JCR: müəyyən elm sahəsinə aid impakt-faktorlu jurnallar.
2. Elmi jurnalların tələbləri və müəlliflər üçün təlimatlar: nəşrlərdə öz şansını necə artırmaq olar.
3. Məqalələrin yazılması və quruluşu:
   Ad, annotasiya, açar sözlər: əsas tövsiyələr və tipik səhvlər;
   İMRAD: İntro, Methos, Results&Discussion
   Elmi ingilisdilli üslub: tövsiyələr və praktik tapşırıqlar;
   Girişi düzgün yazmaq: tövsiyələr və praktik tapşırıqlar;
Biblioqrafiya (EndNote): jurnalın tələblərinə uyğun tərtibat.
4. Müşayiət məktubunun (cover letter) yazılması və məqalələrin resenziyalaşdırma prosesi: tövsiyələr və praktik tapşırıqlar.
Tədbirdə iştirak edən 59 nəfər universitetin professor-müəllim heyəti, o cümlədən fakültə dekanları, kafedra və söbə müdirləri, elmi rəhbərlər və doktorantlar ilə “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlər ətrafında müzakirələr aparıldı.
Professorlar Ramazan Məmmədov, Nigar İsgəndərova, Cavanşir Məmmədov, Əkbər Ağayev, Məhəmmədəli Zərbəliyev, Əli Nağıyev, Muxtar Səmədov və digərlərin suallarını cavablandırdıqdan sonra, İneş Kenjina “Clarivate Analytics”-in gələcəkdə də bizim ali təhsil ocağı ilə əməkdaşlığın davam edəcəyinə əminliyini bildirdi. Qeyd edildi ki, “Clarivate Analytics”ə geniş çıxış SDU-da elmin inkişafına, onun beynəlxalq əməkdaşlığının genişləndirilməsinə, əməkdaşların aparıcı elmi jurnallarda nəşrlərinin sayının artırılmasına xidmət edəcək.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az