Aprelin 7-də Azərbaycan  Dövlət İqtisad Universitetində Doktorantların və gənc tədqiqatçıların XIX  Respublika elmi konfransının açılış mərasimi keçirilib.
  Təhsil Nazirliyinin təşkilatçılığı ilə  keçirilən konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan  Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, ali təhsil müəssisələrinin  rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar  iştirak ediblər.
  AMEA-nın 70 illik yubileyinə  həsr olunan konfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 414 tezis təqdim  olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və  müzakirəsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edirlər.
  Təhsil naziri Mikayıl  Cabbarov çıxışında Ulu Öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanda  istedadlı uşaq və gənclərə göstərilən qayğıdan bəhs edərək bu işlərin hazırda  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə  çatdırıb. Nazir bildirib ki, qlobal rəqabətin gücləndiyi bir dövrdə elm və təhsilin  rolu sürətlə artmaqdadır.
  Mikayıl Cabbarov ali təhsil  müəssisələrində gənc alimlərin və tədqiqatçıların sayının artırılması, eyni  zamanda rolunun yüksəldilməsi üçün xüsusi proqramın hazırlanacağını qeyd edib. Bu  proqram dövlət təhsil müəssisələri üçün orta və uzunmüddətli hədəfləri müəyyənləşdirməlidir.  Nazir bildirib ki, universitetlərdə gənc kadrların elmə cəlbi və müəyyən vəzifələrə  təyin edilməsi daha sistemli şəkildə həyata keçirilməlidir.
  Sonra konfransın işində  iştirak edən doktorantların çıxışları dinlənilib. Sumqayıt  Dövlət Universitetinin 19 doktorantı və dissertantı konfransda məruzə ilə çıxış  ediblər. 
Şükürova G.B. – Tarix və Coğrafiya fakültəsi-Yeni Azərbaycan partiyasının yaranması tarixi zərurətin ən dolğun ifadəsi kimi. Tarix bölməsi, Bölmə rəhbərləri : dos.H.Məmmədov
Məruzələrlə çıxış edən Sumqayıt Dövlət Universitetinin doktorantları Azərbaycan Respublikası Təhsil Nazirliyinin sertifikatları ilə təltif olundular.
Mətbuat xidməti