“Ümumi tarix” fənn kabineti yaradılıb
2014-cü ildən Sumqayıt Dövlət Universitetində aparılan yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilir. Belə ki, həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, universitetdə istər elm, istərsə də tədris forma və məzmunca dəyişmişdir. Tələbələrin mükəmməl şəxsiyyət kimi formalaşması, eləcə də yüksək təhsil əldə etməsi məqsədi ilə həyata keçirilən uğurlu layihələrdən biri də yeni elmi-tədqiqat laboratoriyalarının, Linqvistik Mərkəzin və fənn kabinetlərinin yaradılmasıdır. Sumqayıt Dövlət Universitetində bu istiqamətdə həyata keçirilən işlərin davamı olaraq bu günlərdə Tarix və coğrafiya fakültəsində “Ümumi tarix” fənn kabineti yaradılmışdır. Fənn kabineti 4 stend olmaqla, 4 tarixi dövrdən: qədim, orta əsrlər, yeni və ən yeni dövrdən ibarətdir. Fənn kabinetinin stendlərinin mövzuları Tarix ixtisasında tədris olunan fənlərin məzmununa uyğun müəyyənləşdirilmişdir.
Qədim dövr tarixi 9 başlıca mövzudan – Misir, Mesopotamiya. Babil, Finikiya. Assuriya, Anadolu – Het, Qədim türklər, Çin, Hindistan, Yunanıstan.Makedoniya və Roma mövzularından ibarətdir.
Orta əsrlər dövrü 12 mövzu– Xalqların böyük köçü, Avropa dövlətləri erkən feodalizm dövründə, Kiyev Rus dövləti. Mərkəzləşmiş Rus dövləti, İslamın yaranması və Ərəb xilafəti, Türk dövlətləri erkən feodalizm dövründə, Səlcuqlar. Xaç yürüşləri, Osmanlı dövləti, Monqol imperiyası. Qızıl Orda dövləti, Teymurilər imperiyası, Avropa feodal monarxiyaları dövründə, Böyük coğrafi kəşflər və İntibah mədəniyyəti mövzularından ibarətdir.
Yeni dövr 9 mövzu – İngiltərə, Fransa, Almaniya, Avstriya-Macarıstan imperiyası. İtaliya krallığı, Osmanlı imperiyası, Rusiya, Amerika Birləşmiş Ştatları, Sənaye çevrilişi və Birinci Dünya müharibəsi mövzularından ibarətdir.
Ən yeni dövr 15 mövzu – SSRİ, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, İkinci Dünya müharibəsi, Soyuq müharibə. Türkiyə, Cənubi, Cənub-Şərqi və Şərqi Avropa, Yaxın və Orta Şərq, Pakistan. Hindistan, Uzaq Şərq, Latın Amerikası, Elmi-Texniki Tərəqqi mövzularından ibarətdir.
Stenddə mövzular elmi konsepsiyaya əsasən verilmiş, tarixi-xronoloji ardıcıllıq gözlənilmişdir. Mövzular elmi-məntiqi əsaslara dayanaraq komplektləşdirilmişdir.
Fənn kabineti bütün tarixi dövrlərin ən vacib hadisələrini özündə əks etdirməklə yanaşı elmi informasiya daşıyıcılığı baxımından zəngindir və müasir zövqlə tərtib edilmişdir.
Universitetdə yaradılan bütün bu şərait tələbələrin yüksək təhsil almalarına xidmət etməklə, gələcəkdə də davam edəcək yenidənqurma işlərinin tərkib hissəsidir.
Mətbuat xidməti