Əməkdaşımız “Qızıl Qələm” mükafatına layiq görüldü
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Neyman Nərman oğlu Xasayev bu yaxınlarda “Qızıl Qələm” media mükafatı laureatı adına layiq görüldü. Bu münasibətlə kollektivimiz adından müəllimi təbrik edir, ona cansağlığı və işlərində uğurlar arzulayırıq. Xatırladaq ki, Neyman Xasayevin “Şimali Azərbaycanda Milli oyanış hərəkatı” (XIX əsrin sonu XX əsrin əvvələri) kitabı mütəmadi olaraq mətbuatda hissə-hissə çap olunmuş, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə baxılmaq üçün Heydər Əliyev Fonduna təqdim edilmişdir.
Mətbuat xidməti