“Humanizm naminə” devizi altında qanvermə aksiyası keçirildi
Sumqayıt Dövlət Universitetində daim tələbələri maarifləndirmək məqsədilə AİDS, sağlamlıq, humanitar dəyərlərin yayımı, ilk tibbi yardım mövzularında tədbirlər keçirilir. Belə tədbirlərdən biri də aprelin 10-da Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Mərkəzi Qan Bankının təşkilatçılığı ilə “Humanizm naminə” talessemiyalı xəstələrə yardım məqsədi ilə xeyirxah məramlı qanvermə aksiyasıdır.
Aksiyanın keçirilməsində əsas məqsəd irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdən ibarətdir.
Universitetin tələbə və əməkdaşları qanvermə aksiyasına könüllü qatıldı və bu cür aksiyaların təşkilini yüksək qiymətləndirdilər.
Mətbuat xidməti