Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası
Yerləşdirilmə tarixi : 01 Aprel 2019 12:48
Elmi Şuranın növbəti iclası
Martın 28-də Elmi Şuranın növbəti iclası keçirildi. Universitetin rektoru professor Elxan Hüseynov şura üzvlərini salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “27 Mart - Elm günü” universitetimizdə yüksək səviyyədə qeyd olundu, bütün fakültələrdə əməkdaşların elmi-pedaqoji fəaliyyətlərini əks etdirən stendlər, sərgilər təşkil olundu. “Elm günü”nün yüksək səviyyədə qeyd olunması xüsusi əhəmiyyət kəsb edir, çünki böyük tələbə kontingenti olan ali təhsil müəssisində gənclərin elmi-tədqiqat işlərinə marağının daha da artırılmasını şərtləndirir.
Sonra Elmi Şuranın gündəliyi təsdiq olundu.
Təhsil və elm üzrə komissiyanın sədri professor Məhəmmədəli Zərbəliyev SDU-da seminar və laboratoriya dərslərinin keçirilməsinin vəziyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Təhsil və elm üzrə komissiya SDU-nun Elmi Şurasının 23.01.2019-cu il tarixli, 05 nömrəli iclasının qərarı ilə yaradılmış və tərkibi təsdiq edilmişdir. Təhsil və elm üzrə komissiyanın planında SDU-da fəaliyyət göstərən fakültə və onların nəzdindəki kafedraların elmi və elmi-pedaqoji fəaliyyəti, kadr hazırlığı, tədris prosesinin təşkili, çatışmazlıqlar, tövsiyələr, maddi-texniki bazanın vəziyyəti və ondan istifadə, kafedra əməkdaşlarının mühazirə, laboratoriya və seminar dərslərində müasir təlim vasitələrindən istifadəsinin vəziyyəti, respublika və xarici ölkə universitetləri ilə əlaqələri və digər məsələlərin həyata keçirilməsinin vəziyyəti yoxlanılmışdır.
Tələbə Elmi Cəmiyyətinin sədri dosent Lalə Bünyatova 2014-2019-cu illərdə TEC-in gördüyü işlər barədə hesabat verdi.
Sonra magistratura səviyyəsinin “MBA (Master of Business Administration – Biznesin idarəedilməsi) proqramı üzrə tədris prosesinin təşkili qaydaları” müzakirə və təsdiq olundu.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi Şuraya 5 (beş) dərs vəsaiti və 6(altı) fənn proqramı daxil olub. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verilib.
Sonra Kimya və onun tədrisi metodikası kafedrasının əməkdaşı Vəlyəddin Nüsrət oğlu Əhmədova həmin kafedra üzrə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatətin qaldırılması qərara alındı. Bununla da, Elmi Şuranın iclası yekunlaşdı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az