Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tarixçi-alimlərimiz 16 saylı orta məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün qurbanlarını andılar
Yerləşdirilmə tarixi : 01 Aprel 2019 13:47
Tarixçi-alimlərimiz 16 saylı orta məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün qurbanlarını andılar
Bu il azərbaycanlıların soyqırımından 101 il ötür. Sumqayıt Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının təşəbbüsü ilə Sumqayıt şəhər 16 saylı orta məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri təşkil edilmişdir.
Anım tədbirində kafedranın tarixçi-alimləri, məktəbin müəllim-şagird heyəti, eləcə də universitetimizin həmin məktəbdə pedoqoji təcrübədə olan tələbələri iştirak etdi.
Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Niyaz Süleymanov bildirdi ki, SDU-nun dosenti Sona Məhərrəmovanın rəhbərliyi ilə bir qrup tarixçi-alimlərimiz tariximizin unudulmayan hadisələrindən olan azərbaycanlıların soyqırımı haqqında, eləcə də tarixən Azərbaycana qarşı ermənilərin təcavüzkarlıq siyasəti barədə kollektivimiz qarşısında məruzələrlə çıxış edəcəklər. Bu da şagirdlərin milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, tarixi keçmişimizi öyrənməyə həvəsləndirməkdə çox mühüm əhəmiyyət kəsb edəcəkdir.
SDU-nun Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova ermənilərin tarixən Azərbaycana qarşı məkrli siyasətindən danışaraq Azərbaycan torpaqlarına qarşı əsassız iddiaları, azərbaycanlılara qarşı görünməmiş cinayətlər, vəhşiliklər, kütləvi qırğınlar, qətl-qarətlər, talanlar, soyqırımı, etnik təmizləmə, azərbaycansızlaşdırma siyasəti və bu siyasət erməni millətçilərinin tarixən «Dənizdən-dənizə – Böyük Ermənistan» planı uğrunda əsrlərdən bəri apardıqları təcavüzün nəticəsi olduğunu bildirdi.
Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Aytən Əsədova “Ermənilərin Bakıda törətdikləri qırğınlar” mövzusunda məruzə ilə çıxış etdi. Kafedranın müəllimi Şəhla Əhmədova soyqırımları xronoloji cəhətdən ardıcıl olaraq izlədi və soyqırımların nəticəsi olaraq Azərbaycan xalqının ermənilər tərəfindən mənəvi təcavüz siyasətinə məruz qaldıqlarını, yaşadıqları ərazilərdən deportasiya olunaraq tarixi Azərbaycan torpaqlarını tərk etdiklərini ön plana çəkərək, 50 mindən artıq azərbaycanlının öldürüldüyünü diqqətə çatdırdı.
Baş müəllimi Nofəl Abdullayev “Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart1998-ci il tarixli Fərmanının tarixi mahiyyəti haqqında” mövzusunda çıxış edərək bu fərmanda tarixçilərin yeni istiqamətdə araşdırmalar aparmasının vacibliyini, Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş, lakin hüquqi-siyasi qiymətini almamış soyqırımların tarixin açılmamış səhifəsi olduğunu diqqətə çatdırıldığını, fərmanda 1813-cü ildən 1988-ci ilə qədər Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərin ardıcıl olaraq izah olunduğunu qeyd etdi.
Tarix və coğrafiya fakültəsinin IV kurs tələbələri: Elgün Cümşüdlü, Xanım Mirəliyeva və Mətanət Məlikrzayeva “Ermənilərin Şamaxıda törətdikləri qırğınlar” mövzusunda çıxış etdilər.
Çıxışlardan sonra Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Əliyar Rəfiyev Əhməd Cavadın “Susmaram” şeirini səsləndirdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az