Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində təlim
Yerləşdirilmə tarixi : 01 Aprel 2019 14:00
“Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində təlim
Aprelin 1-də Sumqayıt Dövlət Universitetində Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində təlim keçirildi.
Təlimdə UNICEF-in təhsil proqramı üzrə rəhbəri Leyla Həsənova və universitetin bütün fakültələrindən müəllimlər iştirak etdilər.
UNICEF-in təhsil proqramı üzrə rəhbəri Leyla Həsənova Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsil sahəsində görülmüş işlərdən bəhs etdi. Bildirdi ki, yaranmış səmərəli əməkdaşlıq və həyata keçirilən layihələr bundan sonra da Azərbaycanda təhsilin inkişafına xidmət edəcəkdir. Təlimlərin keçirilməsində məqsəd inklüziv təhsil üzrə dövlət proqramlarının həyata keçirilməsinə dəstək verməkdir.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova qonağı və tədbir iştirakçılarını salamladı və layihənin əhəmiyyətindən bəhs etdi. SDU-da inklüziv təhsil mühitinin yaradıldığını, əlilliyi olan tələbələr üçün mərkəz təşkil edildiyini və bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində uğurla işini davam etdirdiyini diqqətə çatdırdı. Bildirdi ki, universitetin inklüziv təhsil sahəsində müvafiq təcrübəsi, potensialı və mütəxəssisləri var. Sumqayıt Dövlət Universiteti belə layihəyələrə daima dəstək verir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az