Sumqayıt Dövlət Univesitetinin tələbələri üçün xaricdə təhsil imkanı
						
						Sumqayıt Gənclər evində Sumqayıt Dövlət  Universitetinin tələbələri üçün xaricdə təhsillə bağlı seminar keçirildi. Tədbir  şəhər Gənclər və İdman Baş İdarəsinin, SDU-nun  Tələbə Gənclər Təşkilatının və Reduco Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə  rellaşdı. 
“Reduco” Tədris Mərkəzinin təlimçiləri tərəfindən  aparılan seminarda tələbələrə IELTS proqramı, bu proqramı mənimsəmənin  üstünlükləri, eləcə də xaricdə təhsil və yay məktəbləri barədə geniş məlumat  verildi.
Daha sonra təlimçilər tələbələri maraqlandıran  sualları cavablandırdılar.
Mətbuat xidməti