Əməkdaşlarımız ERASMUS+PETRA layihəsi çərçivəsində növbəti təlimdə iştirak etdilər
Aprelin 16-da Xəzər Universitetində ERASMUS+PETRA “Azərbaycan universitetlərində təlim və tədrisdə mükəmməlliyin təşviqi” layihəsi çərçivəsində yerli tərəfdaşların iştirakı ilə “Elektron öyrənmə platformasının Moodle (Mudl) sistemi üzərində tədris olunması” mövzusunda təlim keçirildi.
Təlimdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Aliyə Xəlilbəyli və İnformasiya Texnologiyaları Mərkəzinin mühəndis-proqramçısı Murad Hüseynli iştirak etdilər.
Təlim Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin İT administrartoru Şərif Xurşudov tərəfindən aparılaraq, yeni yaradılmış e-Learning (elektron öyrənmə) laboratoriyasında keçirilmişdir. Bu təlim ERASMUS+PETRA layihəsi çərçivəsində həyata keçirildi. Təlimin əsas məqsədi müəllim və tələbələr üçün e-learning platformasının faydaları haqqında danışmaq idi.
Daha sonra təqdimatlarda Moodle üzərində qurulan elektron öyrənmə portalına necə daxilolma qaydaları, qeydiyyatdan keçmək, tələbə-müəllim arasında ünsiyyəti necə yaratmaq, müəllimlərin öz tədris etdikləri vəsaitlərin yüklənməsi, tələbələrin bu vəsaitlərdən istifadə bacarığı, onlayn dərslər, seminarlar və kursların təşkili, tələbələr arasında sorğuların keçirilməsi, onların bilik səviyyəsinin onlayn qiymətləndirilməsi və s. mövzular müzakirədə öz əksini tapdı.
Təlimin sonunda suallar səsləndirildi və fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti