Əməkdaşlarımızın tezisləri Beynəlxalq konfransın materialları toplusunda nəşr olundu
Dneprpetrovsk Vilayət Radasının “Dnepr Fasiləsiz Təhsil Akademiyası” Təhsil menecmenti, dövlət siyasəti və iqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Yeni Ukrayna məktəbinin təşəkkülü şəraitində təhsil menecmentinin elmi-praktik əsasları” mövzusunda Beynəlxalq elmi-praktik konfransa universitetimizdən Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri professor Tahir Ağayev, baş müəllimlər: Nəzər Eldarov, Allahverdi Vəliyevin “Azərbaycan təbiət elmləri kabinetlərində əlverişli təhsil mühiti şəraitinin yaradılması”, dosent Zoya Abdullayeva və baş müəllim Allahverdi Vəliyevin “1920-1958-ci illərdə Azərbaycanda təhsil və pedaqoji fikrin tarixi”, İdman kafedrasının müdiri dosent Zakir Məmmədov və baş müəllim Polad Əliyevin “ Bədən tərbiyəsi və idmanın təsiri altında tələbənin şəxsi mənəvi –iradi keyfiyyətlərinin formalaşması”, Xarici dillər kafedrasının müəllimləri: Aynurə Xanlarovanın “İngilis frazeoloji vahidlərinin Azərbaycan dilinə tərcümə yolları”, Sevil Vəliyevanın “Ali təhsil müəssisələrində ingilis dili tələffüzünün aşılanması” mövzularında tezisləri təqdim olunmuş, toplu şəklində nəşr olunmuş və sertifikata layiq görülmüşlər.
Mətbuat xidməti