Tələbələrimiz sertifikata layiq görüldülər
Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika elmi konfransları başa çatdı.
Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə 15 aprel tarixindən etibarən keçirilən konfransların yekunu barədə məlumatları iştirakçılarıların diqqətinə çatdırdı. Çoxsaylı bölmələrdən ibarət üç geniş başlıq altında – “Kimya və kimya mühəndisliyində perspektivlər”, “Keyfiyyətli enerji, keyfiyyətli xidmət” və “Yüksək texnologiyalar- innovativ tətbiqlər” mövzuları çərçivəsində təşkil olunmuş konfranslara ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri və AMEA-nın institutlarını təmsil edən ümumilikdə 177 nəfər tələbə və gənc alimin müraciət etdiyini bildirdi və hər bir iştirakçını fəal olmağa səslədi.
Qeyd edək ki, universitetimizin Mühəndislik fakültəsinin bir qrup tələbəsi: Tayfun Hacılı, Şəfiqə Kazımova, Zahir Tahirli, Fidan Sarıyeva, Seymur Talıbov, İlkin Əhmədli konfransda iştirak edərək sertifikata layiq görüldülər.
Mətbuat xidməti