“Yer kürəsi evimizdir” adlı tədbir keçirildi
Aprelin 23-də Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə “Yer kürəsi evimizdir” adlı tədbir keçirildi.
Tədbirdə Kimya və biologiya fakültəsinin müəllim və tələbə heyəti ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt bölməsinin 4 saylı Ərazi idarəsinin sektor müdiri Vüsal İbrahimli, həmin idarənin əməkdaşı Mehdi Xudaverdiyev, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları: Sevinc Məhərrəmova, Naibə Əliyeva iştirak etdilər. Tədbiri Kimya və biologiya fakültəsinin dosenti Mahal Muradov açaraq iştirakçıları salamladı, Azərbaycan Respublikasının ekoloji siyasəti, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verdi.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolundan və keçirilən tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, “Yer Günü” hər il aprelin 22-də 192 ölkədə qeyd olunur. Məqsəd əhalinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından ibarətdir. Dosent Rəhilə Əhmədova onu da qeyd etdi ki, ölkə rəhbərliyi tərəfindən ekoloji məsələlərə göstərilən xüsusi diqqət və respublikamızın sosial-iqtisadi həyatında son illər əldə olunmuş yüksək nailiyyətlər bundan sonra da ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində öz müsbət təsirini daha səmərəli göstərəcəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt bölməsinin 4 saylı Ərazi idarəsinin sektor müdiri Vüsal İbrahimli çıxış edərək ətraf mühitin mühafizəsi sahəsində gəncləri daha fəal olmağa çağırdı.
Tədbir tələbələrin təqdimatında hazırlanmış Yer kürəsi ilə bağlı maraqlı fakt və məlumatlarla davam etdirildi.
Mətbuat xidməti