Kimya və biologiya fakültəsində Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbə və müəllimlərin əl işlərindən ibarət sərgi keçirildi
Mayın 6-da Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbə və müəllimlərin əl işlərindən ibarət sərgi keçirildi.
Sərgini Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov açdı.
Dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği tələbələrin müvafiq biliklərinin zənginləşdirilməsinə geniş zəmin yaradır. Bu gün ümummilli liderin siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.
Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbə və müəllimlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Sərgidə Kimya və biologiya fakültəsinin dekan müavini dosent Müşkünaz Nəzərova balıqqulağından düzəldilmiş əl işi və rəsm əsərləri, Kimya və onun tədrisi metodikası kafedrasının dosenti Gülzar Quliyeva dekorativ əl işi, baş müəllimi Sadəgül Cavadova parçadan hazırlanmış oyuncaq, preparatoru Simnarə Həsənova suvenirlər, Biologiya və onun tədrisi metodikası kafedrasının preparatoru Zinyət Hüseynova flora adlı sənət əsəri, Ekologiya kafedrasının laboratoriya müdiri Laçın Əsədova toxunma əl işləri, elmi işçiləri: Ruhəngiz Əmirova fiqurlu sabunlar və Səkinə Quliyeva rəsm əsərləri, tələbələrdən Gülüzə Xudayarova muncuqdan Heydər Əliyev portreti və Afaq Nəcəfova rəsm əsərləri, Solmaz Məhəmmədzadə abstrakt rəsm əsəri, Gültəkin Əhmədova süni düzəldilmiş güllər və Mənsumə Quliyeva balıqqulağından düzəldilmiş əl işləri, Ayxan Eyyublu kofe dənəsindən hazırlanmış əl işləri, Jalə Abduləzizova rəsm əsəri, Rəsmiyyə Səfərova kartondan əl işi, Ləman Nərimanova və Günel Qardaşova -hər ikisi tullantılardan müxtəlif əl işləri hazırlamışdılar. Sədiyeva Nəzrin toxunma çanta, Şahanə Əhmədova rəsm əsəri, Əsli Nəzərova, Könül Hüseynova rəsm əsərləri, Lamiə İbrahimova -toxunma əl işlərini nümayiş etdirdilər.
Sərgi fakültə və universitet əməkdaşlarının, tələbələrin böyük marağına səbəb oldu.
Mətbuat xidməti