Azərbaycan xalqının xilaskarı-Heydər Əliyev
Mayın 7-də Fizika və elektroenergetika fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycan xalqının xilaskarı-Heydər Əliyev” mövzusunda tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova açaraq bildirdi ki, müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi Ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.
Fizika və elektroenergetika fakültəsinin dosenti Rəna Dadaşova, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Elmar Xəlilov və tələbələr çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü çoxsaylı işlərdən söz açdılar. Bildirdilər ki, ümummilli lider Heydər Əliyevin xalqımızın çoxəsrlik dövlətçilik tarixində və taleyində ən möhtəşəm xidmətlərindən biri 1993-cü ilin iyununda Azərbaycanın və xalqımızın başının üstünü almış bütün bəlalardan qoruması, müstəqilliymizi əbədi bəlalardan qoruması, müstəqilliyimizi əbədi etməsi oldu.
Tədbirdə tələbələrin ifasında ümummilli liderə həsr edilmiş şeirlər səsləndirildi. Dahi rəhbərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Mətbuat xidməti