Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadçı tələbələrimiz Şamaxıda yerləşən tədris mərkəzinə ekskursiya etdilər
Yerləşdirilmə tarixi : 13 May 2019 13:59
İqtisadçı tələbələrimiz Şamaxıda yerləşən tədris mərkəzinə ekskursiya etdilər
Sumqayıt Dövlət Universiteti ilə Vergilər Nazirliyi Tədris Mərkəzi arasında birgə təhsil, elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması, birgə tədbirlərin, o cümlədən ekskursiyaların, treninqlərin, seminar, dəyirmi masa, konfrans və forumların təşkili, dərs vəsaitlərinin, monoqrafiyaların hazırlanması üzrə əməkdaşlıq müqaviləsi çərçivəsində mərkəzin Şamaxıda yerləşən inzibati binasına tələbələrin tanışlıq xarakterli ekskursiyası təşkil edildi.
Ekskursiyada universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, dekan müavini Sədaqət Əliyeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, baş müəllim Bəxtiyar Davudov və tələbələr iştirak etdilər.
Tədris mərkəzinin Tədris və metodika şöbəsinin rəisi Ramiz Məhərrəmov tələbələrə mərkəzin yaranması və fəaliyyəti barədə məlumat verdi, onları mərkəzin inzibati binası, vergi muzeyi ilə yaxından tanış etdi, Azərbaycanın vergi sisteminin tarixi inkişafı, son zamanlar vergi sistemində həyata keçirilən islahatlar, Vergi Məcəlləsində edilmiş dəyişikliklərin zəruriliyi və əhəmiyyəti barədə növbəti mərhələ kimi vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində ararılan islahatlar barədə danışdı. Tələbələri maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az