Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tarix üzrə fənn olimpiadası keçirildi
Yerləşdirilmə tarixi : 18 May 2019 13:46
Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tarix üzrə fənn olimpiadası keçirildi
Mayın 18-də Sumqayıt Dövlət Universitetində şəhər məktəblərinin VI –XI sinif şagirdləri arasında tarix üzrə Sumqayıt şəhərinin yaranmasının 70 illiyinə həsr olunmuş fənn olimpiadası keçirildi.
Olimpiadanın təşkil edilməsində məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə “2015 - 2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaratmaq, istedadlı şagirdlərin aşkar edilməsi, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlarda vətən tarixinə maraq oyatmaq, vətənpərvərlik hissi aşılanmaq, vətənini və dövlətini sevən bir vətəndaş kimi formalaşdırmaqdan ibarətdir.
Tarix fənni üzrə keçirilən olimpiadada Sumqayıt şəhərində fəaliyyət göstərən 42 tam orta məktəb və 4 liseydən 547 nəfər şagird iştirak etdi. İki variantda şagirdlərə təqdim edilmiş suallar “Azərbaycan və Şərqi Avropa xalqları tarixi” kafedrasının əməkdaşları tərəfindən tərtib edimişdir. Hər şagirdə 90 dəqiqə vaxt ərzində 50 sual təqdim edildi.
Olimpiadanın sonunda qaliblərə diplom və mükafatlar, fərqlənən iştirakçılara isə həvəsləndirici diplomlar veriləcəkdir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az