Əməkdaşlarımız PETRA layihəsi çərçivəsində Təşviqat konfransında iştirak etdilər
Mayın 20-də “Azərbaycan universitetlərində tədris və təlimdə mükəmməliyin təşviqi” ERASMUS+PETRA layihəsi çərçivəsində Xəzər Universitetində Təşviqat konfransı keçirildi. Konfrasnın məqsədi ölkənin digər ali təhsil müəssisələrində həyata keçirilən layihələr haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması və tanıdılması idi. Konfransda bir çox ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırov və ofisin əməkdaşı Zəfər Həsənov iştirak etdilər.
Konfrans zamanı Azərbaycanda icra edilən PETRA, EQAC, POWER, LPEB, ASOP və s. beynəlxalq layihələr haqqında təqdimat oldu. Keçirilən görüşdə layihənin gedişi, indiyə qədər görülən işlər, layihə çərçivəsində Azərbaycan universitetlərində Təlim və Tədris Mərkəzinin və elektron laboratoriyanın yaradılması, layihə çərçivəsindəki konfranslar, qarşıya çıxan problemlər və görüləcək işlər haqqında müzakirələr aparıldı.
Konfransda Sumqayıt Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d Samirə Məmmədova və həmin şöbənin metodisti Aliyə Xəlilbəyli təmsil etdilər.
Təlimin sonunda suallar səsləndirildi və fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti