Sumqayıt Dövlət Universitetinin əməkdaşları İspaniyada təlimdə iştirak etdilər
Sumqayıt Dövlət Universitetinin əməkdaşları Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Alikante Universitetində təlimdə iştirak etdilər.
İyunun 3-dən 7-dək davam edən təlimdə Təhsil Nazirliyinin, Azərbaycanın 11 universitetinin və Avropanın 4 universitetinin nümayəndələri təmsil olundular.
Təlim universitetlərin Avropa standartlarına uyğun SWOT təhlilinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın Milli Keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyət göstəriciləri, innovativ tədris-təlim və akkreditasiya mövzularına həsr edildi.
Sumqayıt Dövlət Universiteti tərəfindən təlimlərdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynura Yəhyayeva, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov iştirak etdilər.
Mətbuat xidməti