Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya, biologiya və riyaziyyat üzrə keçirilən fənn olimpiadalarının qalibləri mükafatlandırıldı
Yerləşdirilmə tarixi : 08 İyun 2019 12:04
Kimya, biologiya və riyaziyyat üzrə keçirilən fənn olimpiadalarının qalibləri mükafatlandırıldı
Sumqayıt şəhər üzrə istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək məqsədi ilə Sumqayıt Dövlət Universiteti hər il Sumqayıt məktəbləri üçün fənn olimpiadaları təşkil edir.
İyunun 8-də Sumqayıt şəhərinin 70 illiyinə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Bu günün şagirdi, sabahın alimidir” devizi altında Sumqayıt məktəbliləri arasında kimya, biologiya və riyaziyyat üzrə keçirilən fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov olimpiadada qalib olmuş şagirdləri, onların müəllimlərini və valideyinlərini təbrik etdi, SDU-da keçirilən fənn olimpiadalarının şagirdlər üçün önəmindən danışdı. Bildirdi ki, güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Ölkə başçısının sərəncamları əsasında təhsilin normativ-hüquqi bazası möhkəmləndirilmiş, qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. “Dövlət Strategiyası”nda nəzərdə tutulan islahatların aparılması daha bilikli, dünyagörüşlü vətəndaşların yetişdirilməsinə böyük imkanlar yaradır. Strategiyada nəzərdə tutulan məsələlərdən biri də istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının üzə çıxarılması, inkişaf etdirilməsidir. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti böyük missiyanı yerinə yetirərək hər il müxtəlif ixtisaslar üzrə fənn olimpiadaları təşkil edir. Sonra dosent Ramiz Hüseynov Sumqayıt Dövlət Universitetində yaradılan tədris mühiti, fənn kabinetləri və müasir laboratoriyaları haqqında , universitetin beynəlxalq əlaqələri, həyata keçirilmiş akademik mübadilə proqramları, SDU-nun təmsil olunduğu beynəlxalq sərgilər və nailiyyətləri haqqında ətraflı məlumat verdi.
Olimpiadada I, II və III yerləri tutan qaliblər mükafatlandırıldı. Prorektor bilik yarışında fərqlənən şagirdləri təbrik etdi, qaliblərə diplom və hədiyyələr təqdim etdi.
Qeyd edək ki, olimpiadada kimya fənnindən IX sinif üzrə 36 şagird, X sinif üzrə 40 şagird, XI sinif üzrə 15 şagird, biologiya fənnindən IX sinif üzrə 43 şagird, X sinif üzrə 25 şagird, XI sinif üzrə 5 şagird, rus bölməsindən kimya üzrə IX-XI siniflər üzrə 8 şagird, biologiya üzrə 14 şagird, riyaziyyat üzrə olimpiadada Sumqayıt şəhəri üzrə 46 məktəbdən 865 şagird iştirak etmişdi.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az