Şekspir dühası
Aprelin 23-də Xarici dil kafedrasında Avropa intibah dövrünün dühası Vilyam Şekspirin ad günündə məqalə təqdimatı keçirildi.
Filologiya fakültəsinin “İngilis dili müəllimi” ixtisasında təhsil alan Cəlilova Gülafər “Power Point” proqramında hazırlamış olduğu “Şekspir dühası” adlı məqaləsinin təqdimatını keçirdi.
O, Vilyam Şekspirin həyatı, yaradıcılığı, dünya ədəbiyyatına təsirindən söhbət açaraq məqalənin xüsusi bölməsini “Şekspir və Azərbaycan” mövzusuna həsr etdi. O, bildirdi ki, Azərbaycanda Şekspir əsərlərinə maraq hələ XIX əsrin sonundan başlamışdır. Belə ki, ilk dəfə 1893-cü ildə Həşimbəy Vəzirov bu əsəri tərcümə etmiş və Şuşada səhnələşdirilmişdir. Sonralar Şekspirin əsərləri H. Səbri, Ə. Şərif, C. Cabbarlı, T. Əyyubov, Ə. Cavad, C. Cabbarlı, S. Mustafa tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.
Sonda məruzəçiyə suallar verilmiş və mövzu ilə bağlı müzakirələr aparılmışdır. Tədbirdə iştirak edənlərdən “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasının müdiri, dos. Yusif Aslanov, rus dili kafedrasının müdiri dos. Sona Məmmədova, “Xarici dillər” kafedrasının müdiri f.e.d. dos. Nigar İsgəndərova və müəllimləri Gülafərə öz təkliflərini bildirmişlər.
Mətbuat Xidməti