Rektor buraxılış işlərinin müdafiəsində iştirak etdi
Sumqayıt Dövlət Universitetində tələbələrin buraxılış işlərinin müdafiəsi davam edir. Universitetin rektoru professor Elxan Hüseynov davamlı olaraq bakalavr və magistratura pillərində yekun Dövlət Attestasiyasının gedişini izləyir. İyunun 25-də rektor professor Elxan Hüseynov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, fakültə dekanları, kafedra müdirləri, professor -müəllim heyəti bakalavr pilləsində yekun Dövlət Attestasiyasının gedişini izlədilər.
Tələbələr ixtisasları üzrə seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası sədrləri və üzvlərinin suallarını ətraflı cavablandırdılar.
Rektor professor Elxan Hüseynov buraxılış işlərinin müdafiə edən gəncləri təbrik etdi, onların hazırlığını, fikirlərini sərbəst şəkildə əsaslandırdığını yüksək qiymətləndirdi, buraxılış işlərinin mövzuları ilə bağlı tövsiyələrini verdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Rektor Prezident cənab İlham Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi xüsusi qayğıdan danışdı. Bildirdi ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.Azərbaycan Prezidentinin elmə, təhsilə diqqət yetirməsinə daha bir nümunə olaraq, peşə, orta ixtisas və ali təhsil alan gənclərin tələbə təqaüdlərinin miqdarının müxtəlif vaxtlarda artırılmasını da göstərə bilərik. Ölkə başçısı İlham Əliyevin müxtəlif illərdə imzaladığı dövlət sənədi ilə təqaüdün miqdarı davamlı şəkildə artırıldı. Bu da tələbə-gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.”İnanıram ki,siz gənclər bir neçə ildən sonra ölkəmizin bütün idarəetmə sistemində məsul vəzifələrdə çalışaraq, dövlətin diqqət və qayğısını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edərək Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycanın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfə verəcəksiniz”. Rektor tələbələrin müdafiəsindən razı qaldığını bildirdi, belə yüksək biliyə sahib olan tələbələrin gələcəkdə universitetimizdə ixtisaslı kadr kimi çalışmasını arzuladı.
Rektor onu da diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir. Gənc kadrların, mütəxəssislərin tədris prosesinə cəlb olunması bu uğurların davamlı olduğunu bir daha nümayiş etdirir. Hal-hazırda onlar laborant, mütəxəssis, müəllim kimi fəaliyyət göstərirlər.
Gənclər çıxışlarında rektor professor Elxan Hüseynova təhsil aldıqları müddətdə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər və burada əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliklərini ifadə etdilər.
Mətbuat xidməti