Nümayəndəmiz TAIEX proqramı çərçivəsində təlim-seminarda iştirak etdi
İyunun 20-dən 21-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) layihəsi çərçivəsində Azərbaycan Universitetlərinin Beynəlxalq əməkdaşlıq şöbələri üçün “Universitetlərin beynəlmiləlləşdirilməsi” adlı təlim-seminar keçirildi.
TAIEX proqramı çərçivəsində keçirilən təlim-seminar beynəlxalq proqramlar, akkreditasiya, ikili diplomlar, mobillik, kreditlərin transferi, keyfiyyət təminatı, bredinq, xarici tələbələr, məzunlar, beynəlxalq reytinq mövzuslarını əhatə edir. Məqsəd ali təhsil müəssisələrində beynəlxalq sahədə çalışan və onlarla əməkdaşlıq edən təşkilatların nümayəndələrinə universitetlərin inkişafına dəstək ola biləcək bilik və bacarıqları aşılamaq, bəzi suallara birgə cavab axtarmaq və tez-tez rast gəlinən problemlərə ortaq həll tapmaqdır.
Seminarın təlimçiləri Sloveniyanın Təhsil Nazirliyinin Elm və idman şöbəsinin katibi Darinka Vreçko, Poşa Akreditasiya Agentliyindən Beynəlxalq məsələlər üzrə məsləhətçi M.Markovskiy, İspaniyanın Leon Universitetinin Beynəlxalq layihələr şöbəsinin direktoru Rafael de Uruena, Belçikanın Akademik Əməkdaşlıq Assosasiyasının direktoru Bernard Vaxter idi.
Tədbirdə AR Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Nicat Məmmədli, əməkdaşları: Tural Əhmədov, İlqar Dadaşov, Elm, orta və ali təhsil şöbəsinin müdir müavini Şahin Bayramov və əməkdaşları: Yaşar Ömərov, Günel Orucova iştirak edirdi.
Qeyd edək ki, TAIEX proqramının məqsədi təlimlər, seminarlar, ekspert missiyaları və araşdırma səfərlərini təşkil etmək kimi dəstəkləyici tədbirlər vasitəsilə Avropa Birliyi ölkələrində mövcud olan bilik və təcrübəni digər ölkələrdəki dövlət qurumları ilə paylaşmaqdır.
Seminarda Azərbaycan ali təhsil müəssisəsinin nümayəndələri iştirak etdilər.
Mətbuat xidməti