Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşdü
Yerləşdirilmə tarixi : 20 İyul 2019 10:49
Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşdü
İyulun 19-da Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası çərçivəsində ölkəmizdə təşkil olunmuş Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşdü.
Tədbirdə çıxış edən Firudin Qurbanov iki ölkə arasında yüksək səviyyəli siyasi və tarixi əlaqələrə toxundu. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onun müsbət nəticələri barədə qonaqlara məlumat verdi. Firudin Qurbanov həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə geniş əməkdaşlığın mövcudluğunu vurğuladı və birgə həyata keçirilən layihələrlə bağlı tədbir iştirakçılarını məlumatlandırdı.
Tədbir çərçivəsində Azərbaycanda ali təhsil sistemi və beynəlxalq əməkdaşlıq sahəsində vəziyyətlə bağlı məruzələr dinlənildi.
Qeyd edək ki, 15-21 iyul 2019-cu il tarixlərində keçirilən Tələbə Yay Məktəbi Sumqayıt Dövlət Universiteti tərəfindən təşkil olundu. Tələbə Yay Məktəbində Rusiya Federasiyası və yerli ali təhsil müəssisələrinin ümumilikdə 70-ə yaxın tələbəsi iştirak edir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az