Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Yay məktəbinin iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunda oldular
Yerləşdirilmə tarixi : 20 İyul 2019 13:19
Yay məktəbinin iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunda oldular
Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində təşkil edilən “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinin iştirakçıları iyulun 20-də Qobustan Milli Tarixi-Bədii Qoruğunda oldular.
Qonaqlar qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlar və qoruqda olan qayaüstü rəsmlərə baxdılar.Məlumat verildi ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi ölkəmizə səfər edən hər bir qonağın böyük marağına səbəb olur. Ərazidə Daş dövründən son orta əsrlərə qədər əcdadlarımız yaradığı həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri vardır. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Qoruqda tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə də xüsusi önəm verilir. Qeyd olundu ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib. Diqqətə çatdırıldı ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib.
Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlandılar.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az