“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər
Humanitar İnstitutunun tələbəsi, Şimali Qafqaz Federal Universitetinin Tələbə Şurasının sədr müavini Başkatova Yevgenyevna: “Qızıl ürəklər diyarı − Stavropol bu səfəri səbirsizliklə gözləyirdi, çünki biz odlar şəhərini görməyi hədsiz çox istəyirdik! Əminliklə deyə bilərik ki, bu nəinki bizim təəssüratlarımızı doğrultdu, hətta daha da artırdı. Bizim üçün təkcə böyük şəhərin işıqları deyil, yeni işıq şüaları da parladı: gözəl təşkilatçılar, böyük Vətənimizin sərhədlərində olan dostlar və əlbəttə ki, Azərbaycanın unudulmaz yerləri! Yay məktəbinə təşəkkürlər! Əminliklə deyirik ki, Azərbaycan alovunun istisi əbədi olaraq bizim qəlbimizdə qalacaq”.